Bakıda ət regionlardan niyə bahadır? - AÇIQLAMA - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Bakıda ət regionlardan niyə bahadır? - AÇIQLAMA

İqtisadiyyat A- A A+

Ətin regionlarda ucuz olması, ancaq Bakıda və digər ərazilərdə daha baha olması məsələsinə aydınlıq gətirilib.

Ednews xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputatların sualını cavablandırarkən bildirib ki, burada iqtisadi amillər var.

O qeyd edib ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır.

“Ətin qiymətləri Tarif Şurası tərəfindn tənzimlənmir. Ətin qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yəni ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var.

Lakin biz “Daxili ticarət haqqında” qanun layihəsi hazırlayırıq və bu layihə təchizatçılar ilə ticarət şəbəkələri arasında münasibətləri tənzimləyəcək. Bu da öz növbəsində qiymətlərə müsbət təsir edə bilər”, - deyə o əlavə edib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...