Aparıcıya yeni vəzifə VERİLDİ - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Aparıcıya yeni vəzifə VERİLDİ

İqtisadiyyat A- A A+
Aparıcı Namidə İsayeva “Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri təyin edilib. 
 
Ednews xəbər verir ki, əmək fəaliyyətinə “Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi kimi başlayan Namidə İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.
 
2019-cu ildən Lider TV-də “Həkimim” verilişində, daha sonra Xəzər FM-də yayımlanan “Radio Doktor” verilişi və hazırda ARB telekanalında yayımlanan “Yeni mən” verilişində layihə rəhbəri və aparıcı olaraq fəaliyyətini davam etdirib.
 
Məlumat üçün qeyd edək ki, “Nizami Tibb Mərkəzi” PHŞ 2021-ci ildən yaradılıb.
 
“Azərsutikinti xəstəxanası”, “11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası”, “ 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası” və “7 nömrəli Doğum Evi” Nizami Tibb Mərkəzinin struktutuna daxildir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...