Rusiya Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsinə icazə verməyəcək.
Ednews xəbər verir ki, bu fikirləri rusiyalı senator Aleksandr Başkin səsləndirib.
Onun sözlərinə görə, Qərb ekspertlərinin fikrincə, Türkmənistan qazının Bakıdan Türkiyəyə, oradan da Avropaya keçməsi Avropanın Rusiya qazından asılılığını azaltmaqla nəticələnə bilər.
O, qeyd edib ki, beş Xəzəryanı dövlətin imzaladığı Xəzərin statusu haqqında sənədə əsasən, bütün Xəzəryanı dövlətlər ekoloji təhlükəsizlik baxımından həssas layihələrin həyata keçirilməsinə razılıq verməlidir:
“Rusiya Xəzərin ekoloji təhlükəsizliyinə mümkün təhlükə səbəbindən qaz kəmərinin tikintisinə razı ola bilməz”.