Vergi borcu olanlara ŞAD XƏBƏR - Deputat AÇIQLADI - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Vergi borcu olanlara ŞAD XƏBƏR - Deputat AÇIQLADI

İqtisadiyyat A- A A+

"Bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər".

Bu sözləri Ednews-a millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı:

“Vergi Məcəlləsinə” edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib. Bu məhdudiyyətinin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır.

Çünki, bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır".

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...