Vaxtı keçmiş məhsulları "bəzəyib" satışa niyə buraxırlar? AÇIQLAMA

İqtisadiyyat 15:01 31.01.2023

Bəzən marketlərdə, mağazalarda üzərində yararlılıq müddəti olmayan, üzərindəki etiketi dəyişdirilən, yararlılıq müddəti silinən keyfiyyətini itirmiş məhsullara rast gəlirik. Çox zaman istehlakçı olaraq buna etirazımızı bildirsək də, hər hansı bir yolla məsələ bağlanır.

Bəs mağazalarda yaralılıq müddəti bitən məhsullar distribütora qaytarılandan sonra həmin məhsullarla nə edilir?

Məsələ ilə bağlı Ednews-a Qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov bildirib ki, vaxtı keçmiş məhsulları bəzi marketlər, son istehsal tarixi keçmiş məhsullları süni şəkildə üzərinə tarix yapışdırırlar. Yəni istehlakçılar burda ehtiyatlı olmalıdırlar.

“Aldıqları məhsulların kiflənməsinə, nəmişliyinə, qoxusuna diqqət etməlidirlər. Buna şirniyyatlar, şokoladlar, eyni zamanda quru meyvələr də daxildir. Hansı ki, onların da üzərinə süni etiketlər yapışdırılır. Ağartı məhsullarında da bu cür hallar olur. Bəzən müşahidə edirik ki, məhsulun istehsal tarixi keçməyib, amma qapaq şişib. Bu vakumdan da ola bilər, içində hava qalır. Bu texniki problemdir. Bir də var, qeyri-texniki problem. Əslində o vakum elə vurulmalıdır ki, içində heç hava qalmasın. İçindən havanı çıxarıb vurmalıdırlar. Alıcılar diqqətli olsun, aldanmasınlar”.

Eksperin sözlərinə görə, qida nəzarəti sistemi çox aşağıdır. Bəzi məhsulların ipucları var ki, etiketlər dəyişəndə hansı hala düşürlər. Bəzən də ipucların tapmaq olmur. Məhsul quru məhsuldur, kiflənmir. Onun üzərinə yenidən etket vurulub, istifadə olunur.

Azərbaycan Qida Təhlükəsizliyi agentliyindən bildirlib ki, əgər belə fakt varsa, bizə ünvanı, məhsulu və ya qəbz varsa, onu bildirin, araşdırıb tədbir görək. Şikayətçi özü də ümumiyyətlə istənilən vətəndaş belə hallarla rastlaşdıqda Agentliyin 1003 çağrı mərkəzinə zəng vurub məlumat verə bilər.

“AQTA qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edir. Keyfiyyət məsələsi istehlakçı ilə istehsalçı arasında tənzimlənən məsələdir. Məhsulun tərkibi qablaşdırmanın üzərindəki etiket məlumatlarında aydın göstərilməlidir. Məhsulun tərkibi ilə qablaşdırmanın üzərindəki etiket məlumatları arasında uyğunsuzluqlarla bağlı analoji hal ötən dövr ərzində enerji içkilərində də aşkarlanıb və bununla əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb”.

Agentliyin verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən ticarət obyektlərində satışı həyata keçirilən süd məhsullarından 85 yerli istehsal, 24 idxal edilmiş məhsul olmaqla, ümumillikdə 109 nümunə götürülərək müayinə məqsədilə AQTA-nın müvafiq laboratoriyasına təqdim edilib.

“Sınaq nəticəsinə əsasən, 10 pendir, 3 xama və 4 kəsmik nümunəsində mikrobioloji göstəricilərdən E.coli, 1 pendir nümunəsində Stafilokok bakteriyası, 1 kəsmik nümunəsində həm E.coli, həm də tərkibində etiket məlumatlarında bəyan edilməyən fitosterin, 1 xama nümunəsində tərkibində etiket məlumatlarında bəyan olunmayan fitosterin aşkarlanıb. Aşkar olunmuş uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə plandankənar yoxlama çərçivəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Aynurə İsmayılqızı

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı