Kart hesablarından vergi tutulacaq? - Deputatdan AÇIQLAMA - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Kart hesablarından vergi tutulacaq? - Deputatdan AÇIQLAMA

İqtisadiyyat A- A A+

Əmanətlərdən vergi tutulması ilə bağlı yayılmış məlumat cəmiyyətə çaşqınlıq yaradıb. Bəs, əslində hansı əmanətlərdən vergi tutulacaq?

Bu barədə Ednews-a millət vəkili Vüqar Bayramov bildirib ki, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlər üzrə verginin hesablanmasında zaman qrafikini nəzərə alsaq fevral ayında məcəlləyə dəyişiklik edib, güzəşt müddətinin uzadılması mümkündür. Ümid edirəm ki, bununla bağlı təkliflərimiz nəzərə alınacaq.

“Söhbət fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərindən gedir. Kart və digər hesablarda saxlanılan vəsaitlər bura aid deyil. Əgər güzəşt müddəti uzanmazsa o zaman ümumi əmanət məbləği deyil, əmanətə görə hesablanan gəlir vergiyə cəlb olunacaq. Yəni, sizin 60 min manat əmanətiniz varsa və bu depozitə görə illik gəliriniz 6 min manatdırsa, o zaman vergiyə məhz 6 min manat cəlb olunur. Ümid edirik ki, güzəşt müddətinin daha 1 il uzadılması nəzərə alınacaq. Bu müddətdə məbləğdən asılı olaraq, məsələn sığortalanan əmanətlərin (100 min manatadək) vergiyə cəlb edilməməsi ilə bağlı mexanizmin hazırlanması mümkün olar”.

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...