“Trendyol”da məhdudiyyətlər TƏNQİD EDİLDİ “Ağlabatan deyil”

İqtisadiyyat 16:30 24.02.2023
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının “Trendyol” elektron satış şəbəkəsi ilə bağlı fikirləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
 
Belə ki, Azərbaycanda “Trendyol”a məhdudiyyət qoyulacağı bildirilir. Açıqlamada bildirilib ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.
 
Məsələ ilə bağlı Ednews-a itqisadçı ekpsert Xalid Kərimli danışıb. O, məlum təklifi ağlabatan hesab etmədiyini dilə gətirib. 
 
“Azərbaycan hökuməti Türkiyənin hər hansı şirkətinə belə bir tələb qoya bilməz. Təbii ki, hüquqi şəxs burada anbar açıb malını gətirdikdə ona vergi güzəşti olmayacaq. Bu zaman mallara görə rüsum və vergilər verilməli olacaq. Həmçinin burada anbar üçün kirayə haqqı, işçilər üçün əməkhaqqı ödənməlidir. Bu isə “Trendyol”un biznes modeli deyil. Azərbaycan bazarı da “Trendyol” üçün Çin və Avropa bazarı kimi maraqlı deyil və onlayn satış platformasından alışlarda cüzi paya malikdir”. 
 
Ekspert həmçinin vurğulayıb ki, qeyd olunan rəqabət problemi Azərbaycanda mövcuddur: 
 
“Belə ki, vətəndaşlar 300 dollarlıq limit ilə məhsulları karqo şirkətləri vasitəsilə xarici ölkələrdən sifariş etdikdə faktiki olaraq gömrük rüsumları və vergi ödəmirlər. Sahibkarlar isə məhsul idxalı zamanı vergi və rüsum ödəyirlər. Sahibkarın həmçinin kirayə, əməkhaqqı, kommunal xərcləri olduğu üçün onlayn sifarişlə yerli satışda ciddi qiymət fərqləri ortaya çıxır. Həmçinin mallar anbarlara yığıldığı üçün onun xarab olma, vaxtında satıla bilməmə kimi riskləri mövcuddur. Nəticədə, haqqız rəqabət elementləri ortaya çıxır. Bu da daha çox vergi və rüsumlarla bağlıdır. Kiçik sahibkarlar bundan narazı, vətəndaşlar isə məmnundur”.
 
İqtisadçı-ekspert Eyyub Kərimli açıqlamasında deyib ki, "Trendyol"un və bu cür platformanın qadağan edilməsi düzgün fikir deyil: 
 
"Ölkə qanunverciliyinə əsasən, ayda hər bir kəs 300 dollarlıq hansısa bir məhsul sifariş edə bilər, elektron ticarət vasitəsilə gətizdirə bilər. 300 dollardan çox gətirilən məhsullar artıq gömrük vergisinə cəlb olunur. Bu, kifayət qədər mütərəqqi bir qanundur. İnsanlarımız bundan istifadə edir. O ki qaldı rəqabətliliklə bağlı atılan mülahizəyə, qadağa rəqabəti təmin etmək üsulu deyil. Bunun üçün müvafiq institusional islahatlar, ölkədə liberal rəqabət bazarının daha da inkişaf etdirilməsi üçün müəyyən fəaliyyətlər həyata keçirilməlidir. Burada inhisarçılıq təsirləri azaldılmalıdır. Digər tərəfdən, biz bundan sonra bütün "Amazon", "Trendyol" və digər platfortmaları qadağa etməklə ölkəmizə həm bahalaşma, həm də qıtlıq yarada bilərik. Mən hesab edirəm ki, bu cür platformaların ləğv edilməsi müəyyən bahalaşmaya da səbəb ola bilər. Çünki bundan daha çox işbazlar istifadə edəcəklər. Bu baxımdan hər bir şəxs məhsulu istədiyi yerdən sifariş edə bilər. Qanuna müvafiq olaraq 300 dollardan yuxarıdırsa, vergisini ödəyə bilər, aşağıdırsa malını gətizdirə bilər. Bu gün dünya elektron ticarət platformasına keçir, elektron ticarət daha da inkişaf etdirilir. Daha da təkmilləşdirilib, bir müddətdən sonra elektron platformaya keçiləcək. Qeyd edilir ki, mağazalarımız rəqabətə tab gətirə bilmirlər, deməli, mağazalar, yerli sahibkarlar bununla bağlı işlərini daha da təkmilləşdirməlidirlər. Rəqabətlilik imkanlarını artırmalıdırlar. Məhsullar daha keyfiyyətli şəkildə ölkəyə idxal edilməlidir. Bundan istehlakçı zərər görməməlidir, ölkə əhalisinin hüququnu da pozmaq olmaz".
 
İqtisadçı əlavə edib ki, bu cür qadağalar yerli sahibkarlığın çevikliyini azaldır, onların inkişafına mane olur:
 
"Rəqabət mühitində sahibkarlıq daha da inkişaf edir, xidmətini təkmilləşdirir. Rəqabət mühitinin daralması qadağalarla həm də yerli sahibkarlığın inkişafına mane olur. Yerli sahibkar artıq tənbəlləşir, hesab edir ki, bazarda hakim mövqeyə malikdir və inkişaf etmir. Bu da liberal iqtisadiyyatda və liberal rəqabət iqtisadiyyatında düzgün yanaşma deyil".
 
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də məsələ ilə bağlı açıqlama yayıb: 
 
"Bəzi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil. Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər". 
 
Oğuz 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı