Azərbaycan Avropanın enerji xəritəsində yeni reallıq yaradır: Avropa analitik portalları Ceyhun Osmanlının məqaləsin

İqtisadiyyat 21:13 17.03.2023

Avropanın nüfuzlu “Modern Diplomacy” və “EU Today” analitik portallarında politoloq Ceyhun Osmanlının yeni məqaləsi yayımlanıb.  

Ednews “Enerji təhlükəsizliyinin və diversifikasiyasının təmin olunması məqsədilə Avropa İttifaqının enerji tərəfdaşlarının yenidən müəyyənləşdirilməsi” adlı məqalənin tərcüməsini olduğu kimi təqdim edir: 

“Enerji təhlükəsizliyi” ifadəsi Brüsseldə on illiklər ərzində tez-tez dilə gətirilsə də, Rusiyanın Ukraynanı işğal etməsi, ardınca gələn sanksiyalar, rus qazının kəsilməsi, “Şimal axını” boru kəmərlərinin fiziki şəkildə məhv edilməsi və quraqlıq səbəbilə Avropa İttifaqının (Aİ) enerji hasilatında sıxıntıların yaşanacağı ilə bağlı proqnozların verilməsi riskləri xeyli artırıb. 
  Martın 10-da ABŞ Prezidenti Co Bayden və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə bəyanat verərək hər iki tərəfin “təmiz enerji iqtisadiyyatı və sənaye bazaları qurmaq”, təmiz hidrogen də daxil olmaqla, “enerji mənbələrini şaxələndirmək, enerji istehlakını azaltmaq və Avropanın karbohidrogen ehtiyatlarından asılılığını kəsməklə Avropa İttifaqının enerji təhlükəsizliyini” təmin etmək yolunda birgə çalışmağa davam edəcəklərini bir daha vurğulayıblar.  

Keçən həftə Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson bütün üzv ölkələri və şirkətləri “Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışını dayandırmağa və Rusiya ilə hər hansı yeni qaz müqaviləsi imzalamamağa” çağırdı.

Aİ 2027-ci ilə qədər rus hidrokarbon yanacaqlarından tamamilə imtina etməyi hədəfləyir və ötən il Rusiyadan qaz idxalının təxminən üçdə ikisini yeni  enerji mənbələri ilə əvəzləyib. 

Beləliklə, Azərbaycan qazının Trans–Anadolu Boru Kəməri (TANAP) və Trans–Adriatik Boru Kəməri (TAP) vasitəsilə Aİ-yə daşınmasını təmin edən Cənub Qaz Dəhlizi (CQD) cari diversifikasiya həmlələrində vacib rol oynayır.

Ötən il Aİ Azərbaycandan boru kəmərləri ilə qaz idxalını 8,1 milyard kubmetrdən 11,4 milyard kubmetrə qədər artırıb.

2021-ci ilin iyulunda Aİ ölkəmizin külək və yaşıl hidrogen kimi bərpa olunan enerji potensialından istifadə etmək planlarına əlavə olaraq, qaz tədarükünü 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq barədə Azərbaycan ilə razılığa gəlib.
Bu isə tamamlanmasından cəmi 2 il sonra CQD-nin genişləndirilmək ehtimalına işarə edir. Azərbaycanı “Qlobal Metan Vədi”nə qoşulmağa təşviq edən bu saziş əks təqdirdə havaya buraxılacaq, yandırılacaq və ya atmosferə atılacaq təbii qazın depolanmasını məqsədini ehtiva edir. 

Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılması ilə bu il Azərbaycandan Aİ-yə ən azı 11,6 milyard kubmetr qazın tədarük ediləcəyi gözlənilir.

Bolqarıstan və Rumıniyaya qaz tədarükünü təmin etməsi səbəbilə IGB Avropa İttifaqının enerji təhlükəsizliyində dönüş nöqtəsi kimi qarşılanıb.

Bu il, həmçinin Azərbaycan və Macarıstan arasında qaz tədarükünə dair anlaşma memorandumu imzalanıb və bu, TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndiriləcəyi təqdirdə Aİ-nin daha çox interkonnektorlara ehtiyac duyacağı anlamına gəlir. 

Bundan əlavə, Azərbaycan və qonşu dövlətlərin artan enerji tələbatı nəzərə alınaraq mövcud və yeni qaz yataqlarında (“Şahdəniz”, “Azəri–Çıraq–Günəşli”, “Abşeron”, “Şəfəq–Asiman”, “Ümid–Babək” və s.) qaz hasilatının artırılması üçün investisiyalar tələb olunacaq. Rusiya–Ukrayna müharibəsindən sonra 10 Avropa ölkəsi mövcud tədarükləri artırmaq və ya yeni enerji təchizatı təmin etmək məqsədilə Azərbaycana üz tutub.

Bu artan tələbləri qarşılamaq üçün Azərbaycan 50 trilyon kubmetr qaz ehtiyatı ilə dünyanın 4-cü ən böyük təbii qaz ölkəsi olan Türkmənistan kimi qonşu dövlətlərlə əməkdaşlığı genişləndirməyə hazırdır. 

Azərbaycan və Türkmənistanın əvvəllər mübahisəli sayılan “Dostluq” qaz yatağının birgə istismarı barədə qərarı, İran, Azərbaycan və Türkmənistan arasında üçtərəfli svop sazişi və bütün sahilyanı dövlətlər tərəfindən imzalanmış “Xəzər dənizinin
statusu haqqında” 2018-ci il Konvensiyasından sonra Azərbaycan, Türkmənistan və Türkiyə ötən il dekabrın 14-də “enerji resurslarının dünya bazarlarına çatdırılması üçün koordinasiyalaşdırılmış və çoxşaxəli sistem yaratmağa” çalışdıqlarını bildirdilər. 

Bu irəliləyişlər Cənub Qaz Dəhlizinə inteqrasiyası gözlənilən 300 km uzunluğunda dənizaltı Transxəzər Qaz Kəməri (TCGP) layihəsinin carçısı ola bilər. Aİ-nin “Ümumi maraq layihələri” (PCI) siyahısına daxil edilən və ABŞ tərəfindən 2019-cu ildə qəbul edilən “Avropanın Enerji Təhlükəsizliyi və Diversifikasiyası” aktı çərçivəsində maliyyələşdirilmə şansı olan bu strateji dənizaltı boru kəməri layihəsi ucuz təbii qaz mənbəyi təmin etməklə Aİ-nin enerji böhranına son verə bilər.

TCGP layihəsi, həmçinin Mərkəzi Asiya regionunda Çin, Rusiya və İranın təsir gücünü də tarazlaya biləcək. Digər tərəfdən, Azərbaycan bu il Türkmənistanla yanaşı Qazaxıstandan da neft tranzitinə başlayıb, bu da karbohidrogen ehtiyatları üçün Orta Dəhlizdən istifadə potensialını önə çıxarır. 
Fevral ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Kadri Simson bildirib: “Azərbaycan Avropa İttifaqının bərpa olunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir".  

Ötən ilin sonunda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Avropa Komissiyasının dəstəyi ilə Azərbaycanda külək elektrik stansiyalarında istehsal edilən təxminən 4 GVt elektrik enerjisinin Aİ-yə daşınması üçün yaşıl dəhlizin yaradılması barədə razılığa gəliblər.  

Son bir neçə ayda Azərbaycan həm quruda, həm də dənizdə 22 GVt-lıq bərpa olunan enerji yaradılmasına investisiya qoyulmasını təmin edəcək sənədlər imzalayıb. 2021-ci ilin aprel ayında Dünya Bankı Azərbaycanda 157 GVt potensiala malik dəniz külək enerjisinin inkişafını maliyyələşdirməyə başlayıb.

Külək enerjisi potensialına görə dünyada ikinci yerdə olan Xəzər dənizindən başqa, Azərbaycanın quruda da təxminən 27 GVt külək və günəş enerjisi potensialı var.

Ələt (230 MVt), Xızı, Abşeron (240 MVt) və Cəbrayıl (240 MVt) külək və günəş enerji stansiyalarının cari tikintisi, həmçinin Naxçıvan Muxtar Respublikasında yeni investisiya planları sayəsində Azərbaycanda bərpa olunan enerji istehsalının daha da artacağı gözlənilir.

10 milyon əhalisi olan Azərbaycan qlobal istixana qazları emissiyasının cəmi 0,15%-ni təşkil etsə də, yaşıl enerji inkişafını 2030-cu il üçün əsas prioritet kimi müəyyən edib. Aİ “EU4Climate” təşəbbüsü çərçivəsində Bakının Paris sazişi üzrə öhdəliklərini yerinə yetirməsini dəstəkləyir. 
Rusiya–Ukrayna müharibəsi Aİ-yə populist sözlərlə məşğul olmaqdansa, Transxəzər Qaz Kəməri layihəsi kimi enerji təhlükəsizliyi baxımından vacib layihələr üçün daha strateji və uzaqgörən planlaşdırma və Rusiyanın enerji resurslarından yaxa qurtamağa imkan verən şaxələndirmə kimi konkret addımlar atmağa fürsət yaradan pəncərə aça bilər.

“Qazprom” son onilliklər ərzində qaz marketinə əsaslı nüfuz edib. Bu səbəblə bəzi Aİ ölkələri Rusiyanın  iqtisadi və siyasi təzyiqləri qarşısında zəifliyini açıq şəkildə biruzə verir.

Aİ dövlətlərinin bu çətin zamanlarında Azərbaycan özünü sabit tərəfdaş kimi sübut edib. İndi yeni qaydalarla ədalətli oynamaq və Aİ-nin sabit, proqnozlaşdırıla bilən, əlverişli və dayanıqlı enerji gələcəyinə sərmayə qoymaqla Avropanın enerji tərəfdaşlarını yenidən müəyyənləşdirmək vaxtıdır.  

Qeyd edək ki, Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə tədqiqatçı və analitik, Təşəbbüslər və Layihələr Mərkəzinin direktorudur. 

Məqaləni “Modern Diplomacy” və “EU Today”dən oxumaq üçün aşağıdakı linklərdən keçid edə bilərsiniz:  

//eutoday.net/remapping-the-eus-energy-partners-to-ensure-energy-security-diversification-by-dr-ceyhun-osmanli/   

//moderndiplomacy.eu/2023/03/15/remapping-the-eus-energy-partners-to-ensure-energy-security-and-diversification/  

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı