Kremldən Rusiya-Türkiyə qaz qovşağı ilə bağlı AÇIQLAMA - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Kremldən Rusiya-Türkiyə qaz qovşağı ilə bağlı AÇIQLAMA

İqtisadiyyat A- A A+
Rusiya və Türkiyə təbii qaz qovşağı layihəsi üzərində işləri davam etdirir. 
 
Ednews “TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.  
 
O qeyd edib ki, bu, kifayət qədər mürəkkəb bir layihədir və onun reallaşdırılması zamanı gecikmələr və texniki problemlər meydana çıxa bilər. 
 
D.Peskov əlavə edib: “Aydındır ki, bu, kifayət qədər mürəkkəb işdir, çətin bir layihədir. Əlbəttə, onun reallaşdırılması vaxt baxımından hər hansı gecikmələr, bu və ya başqa texniki problemlərlə müşayiət oluna bilər. Türkiyə qovşağı ilə bağlı belə hallar qaçılmazdır. Biz prosesi izləyəcək və türkiyəli həmkarlarla əməkdaşlığı davam etdirəcəyik”. 
 
Türkiyədə energetika qovşağının yaradılması təşəbbüsünü ötən il Rusiya Prezidenti Vladimir Putin irəli sürüb. Söhbət Türkiyədən üçüncü ölkələrə, ilk növbədə Avropaya qaz tədarükünü həyata keçirəcək mərkəzin yaradılmasından gedir. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...