Azərbaycan Xəzərin yaşıl enerji potensialı ilə bağlı planları böyükdür - Nazir

İqtisadiyyat 04:32 29.03.2023

Energetika naziri Pərviz Şahbazov 9-cu "Berlin Enerji Keçidi Dialoqu" konfransında çıxış edib.

Energetika Nazirliyindən Ednews-a verilən məlumata görə, çıxışda Azərbaycan Prezidenti tərəfindən ölkənin sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri kimi müəyyənləşdirilən bərpa olunan enerjinin inkişafı daha çox tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə vermək aspektində diqqətə çatdırılıb. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xatırladan energetika naziri deyib ki, Azərbaycan uzun illərdir dünya neft bazarını xam neft və neft məhsulları ilə təmin edir: "İki ildən çoxdur ki, biz Avropanın enerji bazarına təbii qaz tədarük edirik. İndi biz Avropa Komissiyası ilə təbii qaz tədarükünün həcmini iki dəfə artırmaq üçün işləyirik, çünki Avropadan olan tərəfdaşlarımız Rusiya ilə Ukrayna arasındakı müharibə və ümumi enerji böhranı fonunda bu həcmlərin artırılması xahişi ilə bizə müraciət ediblər".

Energetika naziri bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə son illərdə həyata keçirilən islahatlardan, yeni qanunvericilik aktlarının hazırlanmasından, investisiya mühitinin yaradılmasından bəhs edib. Bildirilib ki, Azərbaycanın "yaşıl enerji" ilə bağlı siyasəti bu sahənin inkişafına dövlətin maliyyə vəsaitlərini deyil, xarici şirkətləri cəlb etməyə yönəlib. Xarici investorlarla artıq 710 MVt gücündə külək və günəş enerji layihələrinin icra edildiyi, 25 QVt-a yaxın istehsal gücləri üzrə əməkdaşlıq sənədlərinin imzalandığı qeyd edilib. Bu potensial və ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsinə dair imzalanmış Saziş əsasında ölkəmizin Avropaya "yaşıl enerji"ni tədarük etmək niyyəti ifadə edilib: "Xəzər dənizində 157 QVt-lıq külək potensialımız var. Biz onu Avropa İttifaqına yüksək gərginlikli xətlər vasitəsilə elektrik enerjisi, "yaşıl hidrogen", ammonyak şəklində verə bilərik. Dörd ölkə Avropa Komissiyası və özəl şirkətlərlə birlikdə bunun üzərində işləyir".

Çıxışda həmçinin bərpa olunan enerjinin ölkənin enerji sisteminə inteqrasiyası, bərpa olunan və ənənəvi enerji mənbələri arasında balansın yaradılması məsələlərinə də toxunulub. Amerikanın Tetra Tech və Türkiyənin Efra şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq edildiyi və enerji sisteminə 2 min MVt-dək həcmdə bərpa olunan enerji güclərinin inteqrasiyasının planlaşdırıldığı bildirilib.

Nazir Pərviz Şahbazov deyib ki, "yaşıl enerji" gələcəyin enerjisidir. Lakin biz enerji keçidinin rasional şəkildə həyata keçirilməsi barədə düşünməliyik

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı