Ednews xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafanı millət vəkili Etibar Əliyev ziyarət edib.
O, “Facebook” səhifəsində F.Mustafa ilə görüşündən foto paylaşıb.
“Fazil bəyə gələcək fəaliyyətində uğurlar arzuladıq” – deyə o, qeyd edib.
Qeyd edək ki, sui-qəsd hadisəsi martın 28-də paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.