Zəngilanda otel kompleksi İNŞA OLUNACAQ - YENILƏNİB - FOTOLAR - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Zəngilanda otel kompleksi İNŞA OLUNACAQ - YENILƏNİB - FOTOLAR

İqtisadiyyat A- A A+

Mayın 4-də Zəngilanda otel kompleksinin təməlqoyma mərasimi olub. 

Ednews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. 

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksin layihəsi barədə məlumat verdi. 

Bildirildi ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Otel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq. 

Diqqətə çatdırıldı ki, 110 nömrədən ibarət olacaq otel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Otel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək. 

Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq. 

Sonra Prezident İlham Əliyev otel kompleksinin təməlini qoydu. 

 
***
13:48
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.
 
Ednews  xəbər verir ki, dövlətimizin başçısı Zəngilan şəhərində otel kompleksinin təməlini qoyub.
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...