Ednews xəbər verir ki, Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Avrasiya-Kredit” MMC-nin 2022-ci maliyyə ilinin nəticələri kənar audit yoxlaması zamanı qənaətbəxş hesab olunub.
Belə ki, il ərzində təşkilatın illər üzrə kumilyativ mənfəəti 483.376 AZN olmuş, 96.676 AZN məbləğ mənfəət vergisi xərc maddəsi üzrə sərf edilib.
Təşkilatın 2022-ci il üzrə əmək haqqı xərcləri 315.934 AZN, DSMF ayırmaları 53.747 AZN, mühafizə, peşəkar xidmətlər, sığorta, rabitə, nəqliyyat xərcləri və s. olub.
Ümumilikdə təşkilat bu il də müharibədən zərərçəkmiş ərazilərdə fəaliyyətini uğurla davam etdirmiş, mikrokreditlər vasitəsi ilə əhalinin təsərrüfat sahələrinin inkişafına və ən zəruri istehlak ehtiyaclarının qarşılanmasına dəstək göstərmişdir. BOKT bu vaxtadək xarici valyutada mikrokreditlər təqdim etməmişdir. BOKT-nin Tərtər Füzuli və Beyləqan rayonlarında filialları fəaliyyət göstərir.
Müştərilərinin 43% hissəsini məcburi köçkünlər, 7 % hissəsini isə minadanzərərçəkənlər və digər kateqoriya əlilliyi olan şəxslər təşkil edib.
BOKT “Avrasiya-Kredit” MMC-nin 2022-ci maliyyə ilinə dair hesabatını təqdim edirik: