“Azərbaycanın enerji-nəqliyyat dəhlizi kimi rolu daha da artacaq” Ekspert

İqtisadiyyat 15:54 25.05.2023
“Yaxın gələcəkdə Azərbaycanda üzərindən yeni bir yaşıl enerji dəhlizinin olması qaçılmazdır. Azərbaycan həm ənənəvi enerjinin inkişafına diqqət yetirir, həm də yaşıl enerjinin hasilatına töhfə verir”.
 
Bunu Ednews-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib. O qeyd edib ki, enerji keçidi müzakirə olunan əsas mövzulardan biridir.
 
“Enerji keçidinin əsas məqsədi ənənəvi enerjidən mərhələli şəkildə dünyanın mərkəzində olan alternativ və bərpa olunan enerji sahələrinə keçməkdir. Bu sahədə kifayət qədər işlər aparılır. BMT-nin rəhbər sənədlərində göstərilir ki, qarşıdakı illərdə karbondioksit enerjisinin azadılması ilə bağlı hər bir ölkənin öz öhdəlikləri var. Öhdəliklər 2015-ci ildə qəbul olunan Paris sazişi ilə nizamlanır. Bu sazişin iştirakçılarından biri də Azərbaycandır. Ümumiyyətlə, enerji keçidi ilə bağlı baş verən prosseslərdə Azərbaycan əsas ölkələrdən biridir. Bölgədə yaşıl enerjinin inkişafına görə Azərbaycan ilk yerlərdən birindədir. Təbii ki, enerji keçidində olan fəaliyyətlərimiz beynəlxalq təşkilatlar izləyir və dəstəkləyir”.
 
 
Ekspert beynəlxalq təşkilatların enerji ilə bağlı yaratdığı siyahıya baxdıqda Azərbaycanı ilk sıralarda görə biləcəyimizi vurğulayıb. 
 
“Fərqli ölkələrin enerji keçidini qiymətləndirən bu, “Səmərəli enerji keçidinin təşviqi indesti” adlı sənədində Azərbaycan 115 ölkə arasında 44-cü yerdədir. Həmçinin,  BƏƏ, BP, Səudiyyə Ərəbistan ilə yeni enerji keçidi ilə bağlı tərafdaşlığımız uğurla addımlayır. Ölkəmizin  14 iqtisadi rayonundan 3-də yeni enerji keçidi ilə bağlı layihələr həyata keçirilir. Bura Şərqi Zəngəzur, Qarabağ, Abşeron-Xızı və eləcə də Naxçıvan iqtisadi rayonları aiddir. Bu 4 bölgədə alternativ enerji üçün münbit zəmin mövcuddur. Milli hədəflərimizdən biri də 2030-cu illə kimi Azərbaycanda olan istixana qazlarının imitasiyasını 1990-cu illə müqayisədə 30 faiz azaltmaqdır. Təbii ki, bu azalma enerji balansımızda da dəyişiklik etməlidir”.
 
 
 
Zəfər Vəliyev hazırda Azərbaycanın enerji balansında 94 faiz ənənəvi enerji mənbələrinin olduğunu bildirib.
 
“94 faizdən yuxarı təbii qazdan alınan alternativ enerjisinin payına düşür. Qarşıdakı illərdə Qarabağ, Abşeron-Xızı  və  Naxçıvanda  həyata keçirəcəyimiz yaşıl enerji ilə bağlı  layihələrdə əldə olunan elektirik enerjisi Azərbaycan enerji balansında müəyyən dəyişiklik edəcək. Hədəfimiz odur ki, 2050-ci ilə kimi ənənəvi enerjidən səmərəli istifadə edək və oradan əldə olunan gəlirlərin bir hissəsi yaşıl enerjinin inkişafına  töhvə verək.  Enerji keçidi inkişaf etdikcə digər ölkələrin enerji inkişafına xələl yetirməməlidir. Regionda nadir ölkələrdən biriyik ki, həm ənənəvi enerjidən istifadə edəirik, həm də ətraf mühitə az xələl yetiririk. Ölkəmiz  yaşıl enerjinin inkişafına diqqət yetirir. Yaxın gələcəkdə Azərbaycanda üzərindən yeni bir yaşıl enerji dəhlizinin olması qaçılmazdır. Çünki Ukrayna ətrafında baş verən hadisələrdə və yaşadığımız dünyada yeni enerji nəqliyyat dəhlizin yaranmasına zərurət yaradılıb. Həmçinin orta enerji  dəhlizinin inkişafına çox önəm verilir. Bu da Azərbaycandan keçir. Həmin sahədə resuslarımız və imkanlarımız çoxdur. Təbii ki, gələcək illərdə azərbaycanın enerji balansında dəyişiklik çox olacaq. 2050-ci kimi yaşıl enerjinin payı 20 %-i keçməlidir”. 
 
 
Ekspert həmçinin, ölkəmizdə istifadə olunan alternativ enerji üçün kifayət qədər resuslar mövcud olduğunu diqqətə çatdırıb. 
 
“Azərbaycanda həm günəş, həm də külək  enerjisi üçün münbit zəmin yaradılıb. Həmçinin onu da qeyd etmək lazımdır ki, alternativ enerjiyə istifadə olunan avadanlıqların qiyməti ənənəvi enerjiyə istifadə olunan avadanlıqlarından bahadır. Ona görə də bu sahənin inkişafında mövcud qiymətlərdən çox aslıdır. Azərbaycanda investisayının yaşıl enerji ilə bağlı əsas külək və günəş enerjisinə qoyub. Bunlar paralel inkişaf edir.  Gələcəkdə isə ölkəmizsə  “yaşıl hidrogen” sənayesinin inkişafı üçün lazım olan addımlar atılacaq. Yaşıl hidrogen alternativ enerjinin əsas enerji keçidinin ən mühüm elementlərindən biridir. Hətta bu sahə üzrə müvafiq qurum da yaradılıb. Gələcəkdə külək enerjisinin istifadəsi daha məqsədə uyğun olacaq. Bu sahəyə edilən yatırımlar günəş enerjisinə qoyulan sərmayədən daha effektivdir”.
 
 
 
Aysel Şahmar
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı