Azərbaycan Avropaya balıq ixrac edəcək Ehtiyatlarımız buna imkan verirmi? – AÇIQLAMA

İqtisadiyyat 17:15 09.06.2023
Azərbaycan  yaxın günlərdə Avropa İttifaqı (Aİ) bazarlarına dəniz məhsulları, xüsusən balıq ixracına başlayacaq.
 
Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov Azərbaycanın balıq ehtiyatları və ixrac potensialı barədə Ednews-a məlumat verib. O bildirib ki, ekoloji vəziyyətin pisləşməsi nəticəsində balıq ehtiyatı azalıb, balıqçılıq zəifləyib.
 
“Daxili su hövzələrində, qapal sistemlərdə əldə olunan balıqlar balıq ehtiyatımızın 47 faizini təşkil edir. Yerdə qalan hissə isə təbii yolla dənizlərdə çoxalan balıqlardır. Son zamanlarda ekologiyanın vəziyyəti dəyişib. Balıqların təbii şəkildə çoxaldığı yerlər sıradan çıxır, xüsusilə keçici və yarım keçici balıqların sayında azalma müşahidə olunur. Amma dənizdə yaşayıb çoxalan  balıqların vəziyyəti digər növlərlə müqayisədə daha yaxşıdır. 2023-cü ilin kvotası var bizdə. Dənizdən 5350 ton, çaylar və digər şirin su hövzələrindən isə cəmi 166 ton balıq ovlamağa icazə verilir. Mingəçevir su anbarı, Varvara çayda balıq ovuna icazə var. Azərbaycan üçün bu kvota çox azdır. Xəzər qızılbalığı, Xəzər şirbiti, qılıncbalıq, dəniz sıfı, Volqa siyənəyi “Qırmızı Kitab”a düşən balıq növlərindəndir". 
 
S.Süleymanov qeyd edib ki, Azərbaycan balıq ixracına başlasa, mövcud ehtiyatlar tükənə bilər. Belə ki, ehtiyatın çoxu dəniz balıqları hesabına formalaşıb, keçici, yarım keçici balıq növlərinin vəziyyəti isə qənaətbəxş deyil. 
 
“Kür çayının suyunun azalması və dəniz səviyyəsinin aşağı düşməsinə görə balıqlar kürüləməyə gedə bilmir. Bizdə ov prosesi də zəif aparılır. Siyənək, kefal, kilkə balıqlarının ehtiyatı çoxdur. Lakin ov üçün az kvota qoyulub. Kilkə 90 ton, kefal 90-93 ton, siyənək 100 ton miqdarında ovlamağa icazə verilib. Bu kvotanı artırmaq olar. Dənizdə resurs var. Qapalı su sistemlərində balıqların artırılması ilə ciddi məşğul olmaq lazımdır. Dənizdə təbii yolla öz-özünə balıqlar artır. Qapalı sistemlər isə bizdən asılıdır”. 
 
S.Süleymanov onu da əlavə edib ki, azad edilmiş torpaqlarda balıqçılığın inkişafı üçün imkanlar var, artıq bu istiqamətdə bəzi işlər də planlaşdırılıb.
 
“Qarabağdakı çaylar bol suludur, Həkəri çayı və s. Balıqçılıq və akvakulturanın inkişafı üçün dövlət proqramı var. Müşahidələrimə əsasən deyə bilərəm ki, çay forellərini biz oradakı çaylarda artıra bilərik. Bu balığın oksigenə tələbatı çoxdur və soyuq suyu sevir. Sovet vaxtı Xəzəryanı ölkələrdə sualtı bioresurslardan istifadə üçün ümumi proqram var idi. Müstəqillik əldə etdikdən sonra balıq ehtiyatlarımız kəskin şəkildə azalıb”. 
 
Mövzu ilə bağlı Ednews-a rəsmi açıqlamasında Qida Təhlükəsizliyi Agentliyi də məlumat verib. Bildirilib ki, ölkəmizin ixrac potensialını yüksəltmək və istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirilən tənzimləmə və nəzarət tədbirləri davam etdirilir.
 
“Azərbaycanda müasir standartlara uyğun istehsal edilən kürü məhsulları yenidən Avropa İttifaqına (Aİ) üzv ölkələrə ixrac olunacaq. Ölkəmizdə Aİ-nin tələblərinə uyğun fəaliyyət göstərən qida obyektlərində istehsal olunan kürü məhsullarını yenidən Avropa bazarına ixrac etmək üçün imkan var”.
 
 
Törə Zeynal
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
Hamısı