Səudiyyə şirkətləri Qarabağda bərpa olunan enerji layihələrinə qoşulur Ərəb ekspertdən ÖZƏL

İqtisadiyyat 16:20 19.06.2023
İyunun 12-də Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının sədri Əhməd Əli Əl-Daxilin başçılığı ilə Səudiyyə Ərəbistanının rəsmi şəxsləri və iş adamlarından ibarət nümayəndə heyəti Şuranın ikinci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olublar.
 
Bəs,  iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrində hansı prioritetlər mövcuddur?  
 
Məsələ bağlı Qahirə Universitetinin iqtisadiyyat elmləri üzrə dosenti, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən “Kention” Konsaltinq Mərkəzinin baş iqtisadçısı Əşrəf Samir Ənvər Əhməd suallarımızı cavablandırıb. 
 
O, Ednews-a özəl müsahibəsində iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrindən danışıb. 
 
Ekspert həmçinin səudiyyəli investorların işğaldan azad edilmiş torpaqlarda yenidənqurma və bərpa olunan enerji layihələrində iştirak etməkdə maraqlı olduqlarını da diqqətə çatdırıb. İqtisadçı Azərbaycanla Krallıq arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinə də toxunub. 
 
 
“Hər iki ölkə çoxşaxəli iqtisadi resurslara, güclü sosial və iqtisadi infrastruktura malikdir. Buna uyğun olaraq turizm, xidmət və investisiya sahələrində perspektivli kommersiya imkanları yaradıla bilər. Ən əsası investisiya, texnologiya və ticarət sahələrində imzalanmış ikitərəfli iqtisadi sazişlərin aktivləşdirilməsidir. Bu sazişlərdə hər iki ölkənin iş adamları üçün böyük iqtisadi imkanlar açan bir sıra bəndlər öz əksini tapsa da, onlar indiyədək istənilən səviyyədə həyata keçirilməyib. Daha yaxşı nəticə əldə etmək üçün perspektivli iqtisadi sektorların, xüsusilə də alternativ bərpa olunan enerji sektorunun və turizmin inkişafına diqqəti artırmaq lazımdır. Qeyri-neft sektorlarında dayanıqlı inkişafı təmin etmək və iqtisadiyyatın diversifikasiyasına nail olmaq hər iki ölkə prioritetlərinin başında gəlir”. 
 
Əşrəf Samir bildirib ki, son illərdə külək və günəş enerjisi kimi alternativ bərpa olunan enerji sahələrinin inkişafı “Səudiyyə baxışı 2030” və  Azərbaycanın “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” proqramlarında göstərilən başlıca hədəflərdəndir. 
 
İqtisadçı ekspertin fikrincə, investisiyaların artırılmasını dəstəkləmək üçün iqtisadi konfransların keçirilməsi labüddür. Enerji və turizm sektorlarına əlavə olaraq texnologiya, sənaye, tikinti, biznes, rabitə və kənd təsərrüfatı sahələri də diqqətdə saxlanılmalıdır.  
 
Əşrəf Samir səudiyyəli investorların Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərində iştiraka maraqlı olduğunu bildirib. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri perspektivli investisiya imkanları açır, bu da bütün iştirakçı şirkətlərə böyük gəlir gətirir. 
 
"Səudiyyəli sərmayədarların azad edilmiş torpaqlarda hər iki ölkənin xeyrinə bərpa-quruculuq və rekonstruksiya layihələrində iştirakı üçün cəlbedici imkanlar ola bilər. Gəldiyimiz nəticələr onu deməyə əsas verir ki,  səudiyyə sərmayəçilər əsasən elektrik enerjisi, nəqliyyat, rabitə və daşınmaz əmlak sahəsini əhatə edən infrastruktur layihələrinə maraq göstərir”.
 
Əşrəf Samir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük iqtisadi potensialına diqqət çəkərək, yaşıl enerji mənbələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında istər yerli, istərsə də qlobal səviyyədə yaşıl enerji layihələrini dəstəkləyən çoxlu sayda şirkət var.
 
“Məsələn, “Aramco” şirkəti davamlılıq planlarının bir hissəsi olaraq mavi hidrogen və mavi ammonyak istehsal edərək bərpa olunan və təmiz enerji sektoruna keçid edib. “NEOM Hydrogen Company” də öz növbəsində ən məşhur Səudiyyə şirkətlərindən biridir. Şirkət bu yaxınlarda 2026-cı ilə qədər böyük miqyasda yaşıl ammonyak istehsal etmək üçün təxmini dəyəri 8,4 milyard dollar olan dünyanın ən böyük yaşıl hidrogen zavodunun tikintisi üzərində işləyir. Bərpa olunan enerji sahəsində aparıcı Səudiyyə şirkətlərindən biri olan və hazırda bərpa olunan enerji layihələri və yaşıl hidrogen istehsalında xarici investisiyaları artırmaq üzərində çalışan “ACWA Power” də  bu qəbildəndir. Bu şirkətlər Qarabağda bərpaolunan enerji layihələrinə böyük investisiyalar yatırmaq imkanlarına malikdir. Düşünürəm ki, BƏƏ-nin “Masdar” şirkəti kimi Krallıq təmsilçiləri də gələcəkdə Qarabağdakı fəaliyyətlərə qoşula bilər”.  
 
Misirli iqtisadçı son olaraq Azərbaycan-Səudiyyə əlaqələrində yeni əməkdaşlıq sahələrindən olan kənd təsərrüfatından da danışıb. O əlavə edib ki, Azərbaycan kənd təsərrüfatına yatırımlar üçün verimli, münbit torpaqlara sahibdir.  Səudiyyə Ərəbistanının meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarına ehtiyacı Azərbaycanla sözügedən sahədə əməkdaşlıq üçün fürsət ola bilər. 
 
“Ərzaq məhsullarının idxalı Səudiyyə Ərəbistanının ümumi əmtəə idxalının təxminən 15%-ni təşkil edir. Krallıq ərzaq ehtiyacının təxminən 80 faizini 157 xarici ölkənin hesabına təmin edir. Əsasən, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, ABŞ, Türkiyə və İrlandiyadan oraya ərzaq idxal edilir. Ölkə ərzaq məhsullarına tələbatındakı boşluğu Azərbaycan hesabına da doldura bilər. Səudiyyə Ərəbistanının Azərbaycana kənd təsərrüfatı, heyvandarlıq sahələrində daha çox birbaşa investisiyası üçün imkanlar yaradıla bilər”. 
 
Ekspertin sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanı Azərbaycan istehsalı ərzaq məhsulları, o cümlədən ət və ət məhsulları, balıq idxal edir. 
 
“Ölkə bazarlarına ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün bu məhsulların Səudiyyə Ərzaq və Dərman Təşkilatının standartlarına uyğun akkreditə olunmuş Azərbaycan müəssisələrinin sayını çoxaltmaq lazımdır”.
 
 
Törə Zeynal
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
Hamısı