Son günlərdə bölgələrdə baş verən intenesiv yağışlar su səviyyəsinin qalxmasına və leysana səbəb olub. Təbii ki, bu fəlakət insanların mülkünə və təsərüfatına da xeyli miqdarda zərər vurub. Bəs bazarda olan qiymətlərə bu nə dərəcə də təsir edəcək?
Məsələ ilə bağlı Ednews-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, hal-hazırda kənd təsərrüfatına nə qədər zərər dəydiyini dəqiq demək mümkün deyil, amma sözssüz ki, onlara kompensasiya olunmazsa qiymət artımı qaçılmazdır.
“Təbiət hadisəsinin bazara nə dərəcədə qiymət artımına səbəb olacağına gəldikdə isə belə deyə bilərəm ki, qiymət artımı məhsulun azalması halı baş verdikdə ola bilər. İdxal zamanı əvvələ nisbətən məhsul az olarsa idxalçı tərəfdən qiymətin artırlması qaçınımlazdır. Belə olduqda mütləq sahibkarlar yetkili şəxslərə üz tutmalı və dəyən ziyanı bildirməlidirlər ki, onlar təzminat verilsin.
Məsələyə digər tərəfdən yanaşdıqda isə qiymət artımı mövsümlə də əlaqəli ola bilər. Məsələn, bu gün bazarda gilasın satış qiyməti 50 faizə qədər bahalaşıb.
Qiymətin artımın başqa səbəbi də bölgələrdən gələn meyvələrin bəzilərinin xüsususi soyuducularda saxlanılmasına ehtiyac olur. Bu vəziyyət ödənişin artımına da təsir edə bilir.”
Kazımlı Rübabə