Dövlət müəssisələrinə investisiya yatırılması imkanları genişləndirilir

İqtisadiyyat 12:35 13.09.2023

Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə davamlı struktur islahatları həyata keçirilir. Bu islahatlar dövlət müəssisələrinin fəaliyyət sahəsini də əhatə edir.

Bu barədə Ednews-a İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Dövlət müəssisələrinin korporativ idarəetmə prinsipləri əsasında fəaliyyəti, iqtisadi effektivliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması ölkənin iqtisadi inkişafına töhfə verən əsas məsələlərdəndir. Bu məqsədlə yaradılan Azərbaycan İnvestisiya Holdinqinə dövlət müəssisələrinin idarəçiliyinin həvalə olunması, dövlət müəssisələrində yaradılan müşahidə şuraları vasitəsilə müəssisələrin fəaliyyətinə nəzarətin həyata keçirilməsi yeni idarəetmə metodunun üstünlüklərindəndir. Müşahidə şuraları vasitəsilə məsuliyyətin bölüşdürülməsi, hesabatlılığın təmin edilməsi dövlət müəssisələrinin fəaliyyətində iqtisadi dividendlərin artmasına, o cümlədən, zərərdən mənfəətə keçirilməsinə, intizamlı xərc siyasətinin tətbiqinə, yeni gəlir mənbələrinin yaradılmasına, büdcə dotasiyalarının minimallaşdırılmasına, şirkətlərin büdcəyə ödəmələr edən kommersiya əsaslı strukturlara çevrilməsinə əsaslı zəmin yaradıb.

Azərbaycanda siyasi və maliyyə-iqtisadi sabitlik, əlverişli işgüzar mühit, azad bazar münasibətlərinin hərtərəfli inkişafı, dayanıqlı özəl mülkiyyətin dəstəklənməsi kimi amillər iqtisadi inkişafı sürətləndirir, xarici investorların ölkəmizə marağını artırır. Eyni zamanda, ölkə vətəndaşlarının iqtisadi inkişafdan tədricən daha çox bəhrələnməsi imkanları artır.

İri dövlət müəssisələrinə özəl investisiyaların cəlbi onların fəaliyyətinin rəqabət mühitinin tələblərinə uyğunlaşdırılmasına təminat yaradır. Bu baxımdan, dövlət başçısının 31 avqust 2023-cü il tarixli “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı xüsusilə önəmlidir. Sənədə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu),  Karbamid və Metanol zavodlarına özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulub.
Sərəncamda göstərilən tapşırıqların icrası iri müəssisələrin idarə edilməsində və maliyyə payında dövlətin yükünün azaldılmasına, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinə hədəflənib. Sənəd ölkədə korporativ idarəetmə mexanizmlərinin daha geniş tətbiqinə və kapital bazarlarının canlandırılmasına şərait yaradacaq. Bununla yanaşı, Sərəncam dövlət müəssisələrinin idarə edilməsində vətəndaşların iştirakı və həmin müəssisələrə özəl investisiyaların yatırılması imkanlarını genişləndirmək məqsədi daşıyır.

Sənədə əsasən, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması ilə təhlillər aparılaraq təkliflər hazırlanacaq. Təkliflər dövlət müəssisələrinin restrukturlaşması və sağlamlaşdırılması, qiymətləndirilməsi, potensial investorların müəyyənləşdirilməsi, müvafiq bazarın liberallaşdırılması və inhisarsızlaşdırılması, dövlət müəssisələrinin əsas fəaliyyətinə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları, həmin dövlət müəssisələrinin təşkilati-hüquqi formasının dəyişdirilməsi, onların özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satış üsullarını, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini əhatə edəcək.

Ümumilikdə özəl investisiyaların konsolidasiyası və özəl sahibkarlıq subyektləri ilə dövlət müəssisələri arasında olan əməkdaşlığın genişləndirilməsi sayəsində milli iqtisadiyyatın strukturu daha sürətlə şaxələnəcək və neft-qaz sektorundan asılılığı azalacaq, rəqabətqabiliyyətliliyi yüksələcək.

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Hamısı