Dünyada mədənlərin bağlanması planları və bazarın ucuz və təmiz enerji mənbələri olan külək və günəş enerjisi sektoruna çevrilməsi səbəbindən 2050-ci ilə qədər təxminən 1 milyon mədənçinin işdən çıxarılma riski ilə üzləşdiyi müəyyən edilmişdir.
Ednews ntv-yə istinadən xəbər verir ki, Beynəlxalq beyin mərkəzi Global Energy Monitor (GEM) tərəfindən hazırlanan Global Coal Mine Tracker hesabatında qlobal kömür istehsalının 90 faizindən məsul olan 4300 aktiv və planlaşdırılan kömür mədənində məşğulluq məlumatları dərc edilib.
Bu çərçivədə ilk olaraq açıqlanan araşdırmaya görə, dünyada fəaliyyət göstərən kömür mədənlərində 2,7 milyon mədənçi birbaşa olaraq çalışır.
Kömür sənayesinin 2035-ci ilə qədər yarım milyona yaxın iş yerini ixtisar edəcəyi proqnozlaşdırılır. Bu, gündə orta hesabla 100 işçinin işdən çıxarılma riski ilə üzləşməsi deməkdir.
Proqnozlaşdırılan mədənlərin bağlanmasını nəzərə alsaq, 2050-ci ilə qədər təxminən 1 milyon iş yerinin itiriləcəyi təxmin edilir.
Oğuz