Maliyyə Nazirliyi Azərbaycanın 2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsini açıqlayıb.
Ednews xəbər verir ki, nazirliyin internet səhifəsində yerləşdirilib.
Ortamüddətli Büdcə Çərçivəsi "2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” Nazirlər Kabinetinin 30 yanvar 2023-cü il tarixli sərəncamına əsasən hazırlanıb.