Xankəndidə Türkiyə konsulluğunun açılacağına dair Türkiyə səfirinin açıklamaları.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xankəndidə Türkiyənin konsulluğunun açılması məsələsi ilə bağlı danışıb.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, Cahit Bağçı bu barədə Fəxri Xiyabanda jurnalistlərin sualına cavab olaraq məlumat verib.
Belə ki, türkiyəli diplomat “Xankəndidə Türkiyə konsulluğunun açılması gözlənilirmi” sualına belə cavab verib:
“Xankəndinin hazır olmasını gözləyirik. Biz Şuşada konsulluq açmaqla bağlı müraciət etmişdik. İnşallah, dövlətimiz Azərbaycanla birgə bu məsələni dəyərləndirir. Zamanı gələndə konsulluq açılacaq”.