Azərbaycanda sosial təminat üzrə ödənişlər kimləri əhatə edir?
‘’Azərbaycanda sosial təminat sistemi üzrə ödənişlər yalnız aztəminatlı ailələrdə olan uşaqları deyil, digər bir sıra kateqoriyalardan olan yenidoğulanları da əhatə edir”.
Bu sözləri Ednews-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bunları bildirib.
“Belə ki, hazırda əlilliyi olan uşaqlara müavinət və həmçinin onlara qulluq edənlərə təqaüd, habelə orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşaqlara müavinətdən əlavə təqaüd də ödənilir.
Həmçinin ailə başçısını itirmiş uşaqlar, aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. aylıq sosial ödənişlə təmin olunur. 3 yaşadək uşaqlara qulluğa görə də aylıq müavinət verilir. Uşağın anadan olmasına görə isə birdəfəlik müavinət ödənilir’’.
Afaq Qurbanzadə