Azərbaycanda xiyarın qiyməti kəskin artıb. Bir neçə gün əvvəl bir kiloqramı 0.9-1 manata təklif olunan tərəvəz indi 4-5 manat arasında satışa çıxarılıb. Xiyarın qiyməti niyə bahalaşıb?
Bu barədə Ednews-a iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, qiymət artımına əsaslı səbəb olmadığı üçün bu süni artımdır:
"Bundan əlavə mövsümü olmadığı üçün istixana şəraitində yetiştirilir məhsul və mövsümü ilə müqayisədə qiymət fərqi olur. Lakin qeyd etdiyim kimi, həddindən artıq qiymət artımı süni artırmdır. Zəruri ehtiyac malı olmadığı üçün alıcı üçün önəm daşımır. Yeni ilin gəlişi ilə əlaqədar digər ərzaq məhsulları və meyvə tərəzin qiymətində də artım gözlənilir".
Oguz