Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib.
Ednews xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"IEA-in icraçı direktorunun müavini Meri Burs Uorlik ilə “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin hazırlanması, enerji sahəsində ikitərəfli və COP29 formatında əməkdaşlığa dair səmərəli görüşümüz oldu", - nazir qeyd edib.