Nyu-Yorkda Hadson çayında yaxtanın limana çırpılması nəticədə 35 nəfər yaralanıb.
“EDnews” xəbər verir ki, bu barədə WABC telestansiyası məlumat yayıb.
“Hadson çayında yaxtanın limana çırpılması nəticəsində 35 nəfər yaralanıb, onlardan 22 nəfəri xəstəxanaya yerləşdirilib”, – materialda qeyd olunub.
Qeyd olunub ki, hadisə yerli vaxtla şənbə günü gündüz baş verib. Gəmidə azı 400 sərnişin olub.
Olay yerində təcili yardım xidmətlərinin əməkdaşları işləyir, hadisənin təfərrüatları araşdırılır.