COP29-a görə vergi güzəştləri OLACAQ

İqtisadiyyat 14:27 23.04.2024

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir. 

Ednews xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. 

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunacaq. 

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad olunur. 

Digər dəyişikliklə isə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azad ediləcək. 
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Rusiyada pələng deputatı parçaladı

Xəbər xətti

Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq
13:09 26.03.2025
Rusiyada iri şirkətlərə xaker hücumu baş verib
13:03 26.03.2025
"Tesla"ya hücumların arxasında Soros var?
13:03 26.03.2025
Gürcüstanın Bakıdakı səfiri geri çağırılır
13:01 26.03.2025
Çanaqqalada 41 nəfər qanunsuz miqrant saxlanılıb
12:59 26.03.2025
Cənubi Koreyada nə baş verir?
12:54 26.03.2025
Çox yatmağın ciddi fəsadları ola bilər
12:46 26.03.2025
"Azərbaycana investisiyalar biznes icması üçün böyük faydalar vəd edir"
12:42 26.03.2025
İstanbulda bələdiyyə seçkiləri keçirilir
12:37 26.03.2025
Cənubi Koreyada Rusiya gəmisi yanıb
12:34 26.03.2025
Bu gün Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasından 115 il ötür
12:31 26.03.2025
ABŞ-nin Ermənistanda səfiri hakim qarşısına çıxarılır
12:22 26.03.2025
"Ukraynanın Silahlı Qüvvələrni maliyyələşdirməyə pulu yoxdur"
12:17 26.03.2025
Qəzzada 11 nəfər həlak oldu
12:13 26.03.2025
Ağcabədidə 13 yaşında ana olduğu deyilən qız ailəsinə TƏHVİL VERİLDİ
12:01 26.03.2025
Husilər Qırmızı dənizdə ABŞ-nin aviadaşıyıcısına hücum ediblər
11:34 26.03.2025
Ermənistan parlamenti Avropa İttifaqı ilə əlaqədar qanun layihəsini təsdiq edib
11:23 26.03.2025
İlham Əliyev Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib
11:19 26.03.2025
Hakan Fidan Marko Rubio ilə görüşdü
09:47 26.03.2025
Cənubi Koreyada meşə yanğını 1300 illik buddist məbədi məhv etdi
09:40 26.03.2025
Bu gün sonuncu Qədr gecəsidir
09:17 26.03.2025
Valentina Tereşkovanın gizli hekayəsi: Kosmosa gedən yol və sükutunun sirri
08:55 26.03.2025
Yuliya Klökner Almaniya parlamentinin sədri vəzifəsinə təyin edilib
08:51 26.03.2025
Fransada iki kəşfiyyat təyyarəsi toqquşub
08:46 26.03.2025
Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verib
08:39 26.03.2025
İsrail xəstəxanaları hədəf alır
08:33 26.03.2025
Ağ Ev ABŞ və Rusiya arasında Ər-Riyadda keçirilən danışıqların detalları ilə bölüşdü.
08:26 26.03.2025
Tofiq Bəhramovun vəfatından 32 il ötür
00:01 26.03.2025
Zelenski CAR-a qaçacaq?
13:55 25.03.2025
Lukaşenko and içdi
13:53 25.03.2025
Rusiya Sumı şəhərini raketlə vurdu
13:49 25.03.2025
Ermənistan sülhə, yoxsa təxribata hazırlaşır?
13:45 25.03.2025
İsrail Suriyanı bombaladı
13:38 25.03.2025
Zəngəzurda bir rus sərhədçisi öldü, digəri yaralandı
13:37 25.03.2025
ABŞ-ın Ermənistandakı biolaboratoriyaları ilə bağlı yeni faktlar ortaya çıxıb
13:29 25.03.2025
Jurnalist təsadüfən rəsmilərin qrupuna əlavə olundu
13:23 25.03.2025
Türkiyə xarici işlər naziri sabah ABŞ-a səfər edəcək
13:19 25.03.2025
Türkiyədə 43 mədənçinin faciəsi ilə bağlı məhkəmə qərarı açıqlanıb
13:09 25.03.2025
Qızıl bahalaşdı
13:01 25.03.2025
"Ukrayna ilə faydalı qazıntılar sahəsində saziş yaxın zamanda imzalanacaq"
13:00 25.03.2025
Hamısı