Qonşu ölkələrin Qarabağda konsulluq yarışı – Politoloq GİZLİ MƏQAMLARI ŞƏRH ETDİ

Siyasət 10:00 02.07.2024

Rusiya Qərbi Zəngəzur bölgəsində konsulluq açmaq istəyir. İran Qafanda öz konsulluğunu açdı. Belə olduğu təqdirdə Rusiyanın və digər ölkələrin də konsulluq açmaq istəyi yaranıb. Niyə bəzi ölkələrin gözü Azərbaycandan yan keçmir?

Mövzu ilə bağlı politiloq Şəbnəm Həsənova Ednews-a açıqlamasında bildirdi ki, konsulluq yarışını Zəngəzur dəhlizi uğrunda gedən rəqabətlə əlaqələndirirəm. Ermənistanın bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa etməklə bağlı da öhdəliyi var. Üçtərəfli bəyanat imzalananda doqquzuncu bənddə nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları tərəfindən həyata keçiriləcəyi bildirildi.

“Onu da mütləq vurğulamaq lazımdır ki, o vaxtdan bu günə kimi çox şey dəyişib. Rəqabət isə fərqli məsələlərin üzərinə köçsə də onun mahiyyəti dəyişməyib. İndi də Zəngəzur dəhlizinə nəzarət yarışı gedir. Ermənistan bölgədə söz sahibliyinə görə nəqliyyat əlaqələri üzərindən Qərbi qabarıq formada üzə çıxarmağa çalışsa da, İran və Rusiya bunun əleyhinədir.  Ermənistanın isə əleyhinə olduğu həm də Qafanda Rusiya konsulluğunun açılmasıdır ki, bunun da hər vəchlə qarşısını almaq istiqamətində addımlar atılır. Belə ki, Ermənistanda görüntü xətrinə ən ali formada buna icazə verilsə də, razılığa rəsmi don geyindirilsə də, alt strukturlarda qarşısını almaq üçün yerli səviyyədə iş aparılır ki, guya Qafan sakinləri buna narazıdır. Hökumət Rusiyaya çatdırmağa çalışır ki, qərara xalq tərəfindən nəinki dəstək yoxdur, hətta narazıdırlar. Maraqlısı odur ki, narazılığı “yaratmaq” işinin başında duran elə Nikol Paşinyanın partiyasının deputatıdır. Deməli, Paşinyan Rusiya əleyhinə açıq-aşkar ala bilmədiyi qərarları aşağıdan, fundamental zədələmək istəyir. Zəngəzur dəhlizi həm də Şimal-Cənub xəttinin bir hissəsidir ki, bu da Rusiya üçün son dərəcə əhəmiyyətlidir. Rusiya digər bölgələrdən kəsilən iqtisadi gəlirlərini bu xətt vasitəsilə bərpa etmək, qazanmaq, rıçaqlarını gücləndirmək istəyir. Qərb isə həm də və indi ən çox da Ermənistanın əli ilə buna mane olmaqda, Rusiyanı maksimum divara sıxmaqda, digər yandan da bu istiqamət üzrə nəzarət və siyasi-iqtisadi rıçaqlar qazanmaqda maraqlıdır. Ermənistan Rusiyanı oyundankənar qoymaqda Qərb tərəfdaşlarının əli ilə iş görür. Yəni, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi davam edir”.

oo.jpg

Ş.Həsənova qeyd etdi ki, Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın səfərinin də məğzində duran məsələ Zəngəzur dəhlizi ilə bağlıdır: 

“ABŞ Rusiya ilə olan münasibətləri fonunda Azərbaycanı özündən uzaqda saxlamaq istəmir. Azərbaycanın mövqeyi nəzərə alınaraq hansısa addımların atılması daha məqsədə müvafiqdir. Bir yanda regional qüvvələrin regiondan kənar qüvvələrə qarşı atdığı addımlar varsa, inkar olunmaz faktdır ki, digər yandan da regional aktorlar arasında da rəqabət mövcuddur. İran istər Qərbə uduzmaq, istərsə də Rusiyanın nüfuz məsələsində genişlənməsini istəmir. O’Braynın da səfərini nəzərə alsaq, Rusiyanın sıxışdırılması nəticəsində İran bölgədə yarana biləcək boşluğu heç bir aktora güzəştə getməməkdə maraqlıdır.  Fransanın isə rolu dəyişməz olaraq qalır. O rol indi də Şimal-Cənub dəhlizinin yaradılmasına mane olmaqdır. Fransanın Ermənistanla hərbi müqavilə bağlamasının da bir səbəbi budur. Emmanuel Makronun istəyi Bakı ilə İrəvan arasında münaqişəli məsələlərin qorunub saxlanılması, hər vəchlə sülh müqaviləsinin bağlanmasına və sərhədin çəkilməsinə mane olmaqdır. Ermənistan hələ də KTMT-də Rusiyanın müttəfiqi olub rəsmi yanında dayansa da, faktiki olaraq dayandığı yer Rusiyanın qarşısıdır. O faktı da vurğulayaq ki, SEZAR özüyeriyən artilleriya sistemlərini Paris həm də Kiyevə verir. 

Nəzərlər Cənubi Qafqaza daha çox, ən çox Azərbaycana yönəlir. Bütün bunlar bir daha Azərbaycanın gücündən xəbər verməklə yanaşı, həm də onu göstərir ki, Zəngəzur dəhlizi açılacaq. Azərbaycan bu dəhlizi açmaqla regional deyil, qlobal təhlükəsizliyə töhfə verəcək. Çünki dəhliz çoxqütblü dünyanın formalaşması üçün iqtisadi təməl rolunda çıxış edir”.

Oğuz 

Kasım-Jomart Tokayev İlham Əliyevi belə qarşıladı - VİDEO

Xəbər xətti

Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
12:45 04.07.2024
Kasım-Jomart Tokayev İlham Əliyevi belə qarşıladı - VİDEO
12:35 04.07.2024
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar
12:20 04.07.2024
Laçının Sus kəndindən ən son görüntülər - VİDEO
12:15 04.07.2024
DİN-dən Yasamalda vətəndaşın evinin sökülməsi ilə bağlı AÇIQLAMA
12:10 04.07.2024
“Ermənistanın iddialarını rədd edirik” – Fikrət Sadıqovdan AÇIQLAMA
12:04 04.07.2024
Bakıda daha bir marşrut xətti istifadəyə verildi - Gedişhaqqı 70 qəpik…
11:55 04.07.2024
Böyük Britaniyada bu gün tarixi SEÇKi GÜNÜDÜR
Böyük Britaniyada bu gün tarixi SEÇKi GÜNÜDÜR
11:50 04.07.2024
Natiq Miri: “Bu halda sülh prosesindən danışmağa dəyməz”
11:42 04.07.2024
Fransa İrəvana silah satır: Bakı bu cür qisas alır
11:34 04.07.2024
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirildi
11:27 04.07.2024
Əli Əsədov noxud idxalı barədə qərar imzalayıb
11:22 04.07.2024
Prezident: ”Sülhün bərqərar olunmasına ABŞ-ın dəstək vermək əzmini təqdir edirik”
11:17 04.07.2024
BMT-dən ÇAĞIRIŞ: Pakistanın keçmiş baş naziri İmran Xanı dərhal azad edilsin
BMT-dən ÇAĞIRIŞ: Pakistanın keçmiş baş naziri İmran Xanı dərhal azad edilsin
11:15 04.07.2024
İlham Əliyev: “Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir”
11:12 04.07.2024
Çili yazıçısının pyesi Azərbaycan dilində - FOTOLAR - VİDEO
11:08 04.07.2024
İlham Əliyev Cozef Baydeni TƏBRİK ETDİ
11:05 04.07.2024
İranda seçiləcək prezidentin Azərbaycan üçün əhəmiyyəti necə olacaq? – ŞƏRH
11:01 04.07.2024
Laçından Bakıya su kəməri çəkiləcək - VİDEO
10:52 04.07.2024
Dilan Polata 27 il həbs tələbi
Dilan Polata 27 il həbs tələbi
10:45 04.07.2024
Umud Mirzəyev ermənistanlı politoloqa cavab verdi: “Azərbaycanın məqsədi...”
10:40 04.07.2024
Həyat Bilgisinin ulduzu bu gün evlənir
Həyat Bilgisinin ulduzu bu gün evlənir
10:32 04.07.2024
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ
10:22 04.07.2024
Rəsmi Bakıdan Avropa Şurasına CAVAB: “Bu yanaşma ədalətsiz və əsassızdır”
10:20 04.07.2024
FHN qeyri-çimərlik ərazilərlə bağlı əhaliyə müraciət edib - VİDEO
09:59 04.07.2024
“Azeri Light” bu gün neçəyə satılır?
“Azeri Light” bu gün neçəyə satılır?
09:45 04.07.2024
Vüqar Məsimov Mərkəzi Bankda yüksək vəzifəyə TƏYİN OLUNDU
09:35 04.07.2024
AŞPA Prezidenti Azərbaycanın işgəncələr əleyhinə komitə ilə əməkdaşlığı dayandırmasından narahatlıq ifadə edib
09:20 04.07.2024
Erməni terrorizmindən 7 il ötür - FOTO
Erməni terrorizmindən 7 il ötür - FOTO
09:15 04.07.2024
Bakıda bu gün 35 dərəcə isti olacaq
09:14 04.07.2024
DİQQƏT! Bakının 4 rayonunda qaz olmayacaq
09:00 04.07.2024
Alman səfir Türkiyə XİN-ə çağırıldı - Xəbərdarlıq
05:31 04.07.2024
Rusiyada kimyəvi maddələr anbarında güclü partlayış...
03:50 04.07.2024
"Rossiya 1" kanalında Makronu belə tapdaladılar
02:34 04.07.2024
Ermənistan “rus dabanı yalamağa” başladı – “Hraparak”
01:25 04.07.2024
Tramp açıq desin: Biz dövlətçiliyi itirəcəyik?
00:12 04.07.2024
"Fənərbağça"nın 43 yaşlı sabiq futbolçusunun yeni klubu bəlli olub
23:40 03.07.2024
Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər
23:22 03.07.2024
Ərdoğandan Putinə: Əvvəlcə atəşkəs, sonra sülh sazişi
23:00 03.07.2024
Məsud Pezeşkian Urmiyadadır - İzdihamlı mitinq
22:33 03.07.2024
Hamısı