Çində dünyanın ən böyük günəş panelləri "ferması" fəaliyyətə başlayıb.
Ednews The İndependent-ə istinadən xəbər verir ki, bu günəş enerjisi plantasiyası saat başına 6 milyard kilovat enerji istehsal edir.
Yaşıl enerji zonası Çinin şimal-qərb regionunda, Xinqiyanq səhrasında yerləşir.
200 min hekatrı əhatə edən bu alternativ enerji mənbəsi Lüksemburq və Papua Yeni Qvineya böyüklüyündə ölkələri enerji ilə təmin etməyə qadirdir.
Məlumat üçün qeyd edək ki, Çin 2023-cü ildə özünün alternativ enerji məhsuldarlığını 50% artırıb. Beynəlxalq Enerji Agentliyi Çinin bu nailiyyətinin"möhtəşəm uğur" adlandırıb.
Fərid