“Fikrimcə, dünənki forumda prezident İlham Əliyev çox doğru vurğuladı ki, praqmatizm və inkişaf arasında çox incə bir yer var. Görürəm ki, mən və mənim bütün əməkdaşlarım bu məsələdə balansı, təhlükəsizliyi təmin etmək üçün çalışırıq.”
Ednews xəbər verir ki, bu fikirləri Dwnya Enerji Şurasının altıncı baş katibi Angela Vilkinson bildirib:
“Təəssüf ki, korbonlaşdırmadan yayınmaqda o qədər də uğurlu olmadıq. Biz bunun anlamalıyıq ki, vahid dünya sistemi deyə bir şey yoxdur. Dünyada müxtəlif çoxlu sayda sistemlər var. Buna görə də, modern enerjiyə keçid etməyin də müxtəlif yolları var.
Biz indi böyük bir çekid dövrü yaşayırıq. Bu sadəcə texnologiya keçidi deyil, həm də enerji mənbələrindən daha məhsuldar istifadə edilməsi haqqındadır. Biz uzun illərdir ki, tələblə istehsalat arasındakı balansı pozmuşuq. Buna görə də biz bundan sonra baş verən enerji böhranlarını necə aradan qaldıra bilərik sualına cavab tapmalıyıq.”
Daha ətraflı videoda: