BRIKS təşkilatının rəhbəri, sabiq Braziliya prezidenti Dilma Russef dünyanın dəyişən iqtisadi sistemi haqqında danışıb.
Ednews xəbər verir ki, o multipolar siyasi sistem yox, multipolar iqtisadi sistemlərin mövcudluğunu dəstəklədiyini bildirib. Sankt-Peterbuqda Rusiya prezidenti ilə görüşən Russef qlobal böhrandansa, çoxşaxəli iqtisadi rejimlərin yaradılmasını dəstəkləyib.
O, bildirib ki, dövlətlər böhranın qarşısını almağı bacarmayıb. Russef dövlətlərin iqtisadi sahələrdə bir-birindən uzaqlaşmasının yaxşı nəticələr verməyəcəyini bildirib. Buna görə də, qlobal dünyada siyasi məsələlərdən asılı olmayaraq ticarət əlaqələrini qorumağa dəvət edən BRİKS rəhbəri, əks halda inflyasiyanın qarşısının alınmayacağını bildirib.
Fərid