Azərbaycanda elektrik avtobusları istehsal ediləcək - SAZİŞ İMZALANDI

İqtisadiyyat 16:15 02.07.2024

BYD ilə əməkdaşlıq çərçivəsində 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatının alışı, 2025-ci ildən yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması dayanıqlı inkişafda əsas hədəflərdəndir.

Ednews  xəbər verir ki, bu məqsədlə İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri tərəfindən ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.

Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.

İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və "Electrify Azerbaijan" MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.

Bu il Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ərəfəsində sözügedən müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha vurğulayır.

Saziş çərçivəsində BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur.

Belə ki, şirkətlə 2026-ci ildən aşağı tonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır. Bu layihələr üzrə yaradılacaq birgə müəssisə tərəfindən ümumilikdə təqribən 60 milyon ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması planlaşdırılır.

Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elektrik mühərrikli avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək şirkətdən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal hesabına ödəniləcək. Hazırkı mərhələdə "BakuBus" MMC tərəfindən BYD şirkətindən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların 31 oktyabr 2024-cü il tarixinədək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

BYD ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Həmçinin, layihə dəstək mexanizmləri, birgə müəssisənin maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının verilməsi və s. kimi məsələləri ehtiva edir. Lokallaşdırılmanın 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40%-ni təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin bu ilin sentyabr ayında imzalanması planlaşdırılır.

Ölkəmizdə elektrik avtobuslarının istehsalı layihəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı "SARDA Group" şirkətlərinə məxsus "Electrify Azerbaijan" MMC-dir.

Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalına yaradılacaq birgə müəssisə tərəfindən təqribən 34 milyon ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, 1995-ci ildə yaranmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpaolunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - VİDEO

Xəbər xətti

"COP29 Azərbaycan iqtisadiyyatına böyük təsir göstərəcək"" İqtisadçı ekpsert Elşad Əliyev - VİDEO
"COP29 Azərbaycan iqtisadiyyatına böyük təsir göstərəcək"" İqtisadçı ekpsert Elşad Əliyev - VİDEO
19:00 04.07.2024
İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı
18:43 04.07.2024
862-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:30 04.07.2024
Bakıda MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb
18:18 04.07.2024
Kilian Mbappenin qardaşı da PSJ-dən ayrıldı
Kilian Mbappenin qardaşı da PSJ-dən ayrıldı
18:00 04.07.2024
Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik
17:45 04.07.2024
İlham Əliyev: "Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır"
17:35 04.07.2024
lham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a DƏVƏT EDİB
17:30 04.07.2024
Filarmoniyada əməliyyat keçirildi
Filarmoniyada əməliyyat keçirildi
17:26 04.07.2024
Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - VİDEO
17:19 04.07.2024
Çempionlar Liqasında “Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu
Çempionlar Liqasında “Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu
17:00 04.07.2024
Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri AÇIQLANDI
16:50 04.07.2024
İstanbul Razılaşmaları Ukrayna üzrə Sülh Danışıqlarının Əsasını Təşkil Edə Bilər - Putin-VİDEO
16:30 04.07.2024
Türkiyə səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
Türkiyə səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
16:27 04.07.2024
Zakir Həsənov taktiki-xüsusi təlimi izlədi
16:20 04.07.2024
Bu rayonlarda 3 gün qaz olmayacaq – XƏBƏRDARLIQ
16:10 04.07.2024
"Azərbaycanda qiymət artımı hökumətdən asılı deyil" - Elşad Əliyev - VİDEO
16:00 04.07.2024
Astanada Azərbaycan mahnısı səsləndirildi - VİDEO
Astanada Azərbaycan mahnısı səsləndirildi - VİDEO
15:55 04.07.2024
Şimali Makedoniya Prezidenti COP29-da iştirak edəcək
15:50 04.07.2024
Güneyli politoloq İrandakı prezident seçkilərindən danışdı: "Bizə xain deyirlər" - VİDEO
15:45 04.07.2024
Ceyhun Musaoğluna vəzifə verildi - Köhnə "Azərsu"yun ictimaiyyətlə əlaqələri ona həvalə olundu
15:35 04.07.2024
Azərbaycanda iki general ehtiyata buraxıldı
15:09 04.07.2024
Azərbaycan XİN ABŞ-ı təbrik etdi
14:48 04.07.2024
Prezident “ŞƏT plyus” formatında görüşdə iştirak edir
14:44 04.07.2024
İlham Əliyev rəsmi ziyafətdə iştirak etdi
14:36 04.07.2024
Yazıçı Varis: "Bu gün AYB-ni tənqid etmək dəbə düşüb" - MÜSAHİBƏ - VİDEO
14:30 04.07.2024
Qırğızıstan Prezidenti Azərbaycana GƏLİR
14:27 04.07.2024
Meta-dan yeni QƏRAR
14:23 04.07.2024
Ərdoğan TDT-nin Şuşa sammitinə qatılmayacaq
14:20 04.07.2024
Əhmədin dayısı: "Ölən də, öldürən də mənimdir" - VİDEO
14:15 04.07.2024
“Futbola siyasi eynək geyib baxmaq olmaz” – Elman Nəsirov
14:10 04.07.2024
"Ermənistanın növbəti səhvi ölümcül nəticələrə səbəb ola bilər" - İşxan Verdiyandan ŞOK AÇIQLAMA
14:00 04.07.2024
Sabah 37 dərəcə isti olacaq – PROQNOZ
13:50 04.07.2024
Azərbaycanda "halal hotel" sertifikatı VERİLƏCƏK
13:45 04.07.2024
İngiltərədə parlament seçkiləri keçirilir
13:30 04.07.2024
Əhmədin anlaqsız hesab edilməsi ilə bağlı qərara baxılır
Əhmədin anlaqsız hesab edilməsi ilə bağlı qərara baxılır
13:15 04.07.2024
ŞƏT ölkələrinin liderləri Astana Bəyannaməsini imzalayıblar
13:00 04.07.2024
Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
12:45 04.07.2024
Kasım-Jomart Tokayev İlham Əliyevi belə qarşıladı - VİDEO
12:35 04.07.2024
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar
12:20 04.07.2024
Hamısı