Qarabağın çiçəklənməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? – İqtisadçı-alim Elşad Əliyev ANALİZ EDİR

İqtisadiyyat 11:00 10.07.2024

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işləri aparılarkən bu quruculuq işlərinin müasir standartlara cavab verməsini təmin etmək dövlətin prioritetlərindən biridir. İqtisadiyyatın istər ənənəvi, istərsə də yeni sahələrində fəaliyyət göstərən əhalinin məğulluğunun təmin olunması və onların əmək qabiliyyətinin yaxşıladırılması üçün regionda çoxsaylı işlər görülür.

Qarabağda ağıllı şəhərciklərin yaradılması prosesi doğma torpaqlarına qayıtmış əhaliyə hansı imkanlar yaradacaq?

Mövzu ilə bağlı Ednews-a geniş açıqlamasında iqtisadçı-alim Elşad Əliyev bildirib ki, innovativ olaraq ağıllı kənd və şəhərciklərin qurulması cəmiyyətin həyatının arzu olunan şəraiti əhatə etməklə başlayıb, davam edəcəyi deməkdir. Mənim bu sahədə aparılan işlərin içində bir daha aidiyyatı qurumların möhtərəm Prezidentimizin onlara bəslədiyi etimadı doğrultmalarını və üzərilərinə götürdükləri vəzifələri yüksək səviyyədə həyata keçirtmələrini istərdim:

Ekspert, təəssüflə bildirib ki, hələ də Azərbaycanda sosializmdən kapitalizmə qayıdışın iqtisadi nəzəriyyəsi yaradılmayıb:

“O ki qaldı əhaliyə, şəraitin əldə edilməsi əhalinin həmin o şəraitdə hələ arzu olunan halda yaşaması demək deyil. Bu, işin vacib və inkar edilməz tərəflərindən biridir. Digər eyni vacib işin tərəflərindən biri də əhalinin kütləvi sürətdə məşğulluğunun təmin edilməsidir. Daha öncə də çıxışlarımda demişdim, əfsuslar olsun ki, sosializmdən kapitalizmə qayıdış mərhələsinin iqtisadi nəzəriyyəsi hələ də işlənib hazırlanmamışdır. Əgər bu nəzəriyyə hazır olsaydı, hazırki iqtisadi dönüş mərhələsinə hansı iqtisadi islahatların daxil edilməsini aydın görmüş olardıq.

Misal üçün, diqqət mərkəzindən kənarda qalan islahatlardan biri də 18 yaşından başlayaraq əhalinin mütəşəkkil şəkildə sahibkarlıq fəaliyyətinə cəlb edilməsini təmin etməkdir. Bunu bir layihə olaraq əvvəlcə şəhid ailələrinə şamil etmək olar. Onlar dövlət maliyyə təsisatlarına təhkim oluna bilərdilər. Misal üçün, onlara bir milyon manata qədər heç bir girov qoyulmadan, iki illik vergi tətilləri ilə müşayiət edilə biləcək qədər, illik faizi 3-4%-dən çox olmamaq şərti ilə, davamiyyəti 10-12 il müddətinə olan sahibkarlıq fəaliyyətinin qurulması məsədi ilə orta müddətli kreditlər verilə bilərdi. Şəhid ailələri əhalimizin çox kiçik bir zümrəsini təşkil edir. Qeyd edilən pilot layihəni bu mərhələdə həmin zümrə üzərində tətbiq etdikdən sonra, növbəti mərhələdə qazi ailələrinə, daha sonra isə əhalinin az təminatlı zümrəsinə təmin edilə bilərdi. Sonda, isə biz bu layihəni yaşı 18-dən yuxarı olan əhaliyə könüllülük əsasında tətbiq edə bilərik. Qeyd etmək istərdim ki, on milyon yarım əhalimizin arsında yaşı 18-dən yuxarı olan şəxslərinin sayı 6 milyon 780 min nəfər təşkil edir."

İqtisadiyyat üzrə ekspert bildirib ki, hazırda Azərbaycan sosializmdən kapitalizmə qayıdış yolundadır:

“Kommersiya bankları qayıdış yolunda Azərbaycan dövlət quruculuğuna xidmət edəcək iqtisadi islahatların səmərəli həyata təmin edə bilməz. Beləki, bu sıradan olan qurumların fəaliyyətinin məzmunu və hədəfləri fərqlidir. Bu səbəbdən heç bir inkişaf etmiş kapitalist ölkəsi dövlət siyasətini kommersiya qurumları ilə həyata keçirtmir. Bunun üçün dövlət idarəetmə institutları və müvafiq hökümət qurumları vardır. Biz sosializmdən kapitalizmə qayıdış yolunun üzərində onun nəzəriyyəsi olmadan varıq."

Bildiyimiz kimi, Qarabağın təbii-coğrafi şəraiti olduqca zəngindir. Bu, regionda alternativ enerji mənbələrindən istifadə edilməsinə şərait yaradacaq. Qarabağın iqtisadiyyatı inkişafı ilə yanaşı, ekologiyasının qorunub saxlanılmasında nanotexnologiyaların tətbiq edilməsi nə kimi töhfə verəcək?

“Qarabağ, həm təbiətinə, həm də təbii sərvətlərinə görə həqiqətən də çox zəngin bir regiondur. Ənənəvi pambıqçılığı, üzümçülüyü, şərabçılığı, baramaçılığı, maldarlığı, əkinçiliyi və s. ilə yanaşı, bizim orada geniş filiz və mineral yataqlarımız da vardır. Bunların çoxu işlənilməmiş və ya işlənilməsinin qarşısı 30 ilə yaxın olan işğalla alınmışdır. Möhtərəm Prezidentimizin rəhbərliyi altında zəfərli ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildikdən sonra burada yerləşən təbii yataqların işlənilməsi üçün geniş zəmin yaranmışdır. İnnovativ və nanotexnologiyaların ölkəmizə ayaq açması Qarabağda olan təbii sərvətlərin və onların qaynaqlarının işlənilməsinə geniş imkanlar açmaqla yanaşı ənənəvi sərf etidyimiz enerji daşıyıcılarının bir xeyli qənaət edilməsinə və təbiətin müfahizə olunmasına yol açmış olacaqdır. Nanotexnologiyaların respublikamızın iqtisadi inkişafında geniş yer alması karbohidrogen resurslarına olan daxili təlabatın azalmasını təmin edəcək və bu sıradan olan məhsullarımızın ixrac həcmini artıracaqdır.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinə dünya ölkələri təsadüfən qərar verməyiblər. Dövlətimizin az bir vaxtda tətbiq etdiyi ölkənin iqtisadi inkişaf modeli onun beynəlxalq platformalarda qurduğu qarşılıqlı iqtisadi əlaqələri və baş vurdğu beynəlxalq əhəmiyyətli transmilli layihələri Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündə cazibəli edərək COP29 kimi böyük bir ölkələrarası tədbirin məhz Azərbaycanda keçirilməsini şərtləndirmişdir. Biz dünya ölkələrinin marağını Azərbaycana gətirməklə az bir vaxtda bu sahədə olan inkişaf yoluna onlarla birgə ayaq açacağımıza zəmin yaratmış oluruq.” 

Qarabağda aparılacaq kənd təsərrüfatı işləri Azərbaycanın aqrar sektorda həyata keçirtdiyi dövlət qurculuğu siyasətinə necə təsir edəcək?

“İşğaldan azad edilmiş ərazilərimizdə təbii ki, digər sahələrlə yanaşı kənd təsərrüfatının da inkişafına böyük önəm verilir. Bunu tam əminliklə etiraf etmək istəyirəm ki, bu gün ölkə bazarımızın kənd təsərrüfatı məhsullarının təsis edilməsi baxımından hər hansı bir xarici bazardan əsaslı bir asılılığı yoxdur. Bu gün Azərbaycan kənd təsərrüfatı məhsullarına olan təlabatını tam şəkildə özü ödəyə biləcək bir durumdadır. Bu sahənin inkişafının davamı olaraq əhalinin kütləvi məşğulluğunun təmin edilməsinə, bu sahədə həyata keçirilən fəaliyyətdə inhisarçılığın qarşısının alınmasına böyük önəm verməliyik. Bunu təmin edə biləcək iqtisadi mexanizmlərdən biri də möhtərəm Prezidentimizin 2004-2006-cı illərdə səsləndirdiyi aqrar sektorda kənd təsərrüfatı kooperativlərinin yaradılmasıdır. 

Bir çox kommersiya-maliyyə qurumları aqrar sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinə lazım olan maliyyə dəstəyi vermir. Bu səbəbdən bir çox təsərrüfatçılar ixtiyarlarında olan torpaq sahələrini olduqca aşağı qiymətlə icarəyə vermək məcburiyyəti qarşısında qalır. Nəticədə, kəndlilərin sırasında işsizlərin sayı artmış olur. Bu həm kənddən şəhərə arzuolunmaz miqrasiyaya şərait yaradır, digər neqativ sosial və siyasi hallarla müşayiət olunur. Kooperativləri ərsəyə gəlməsi bu kimi halların bir xeyli qarşısını almış olardı. Kolxoz və solxoz təsərrüfat fəaliyyəti yaddaşlarında mükəmməl yer almış kəndlilər kooperativlərin təşkil edilməsini və onların uğurla fəaliyyət göstərməsini təşkil və təmin etmiş ola bilərdilər. Kooperativlərdə fəaliyyət göstərən əhalinin kütləvi işə alınması onların həyat səviyyəsini yüksəlməsinə geniş zəmin yaratmış olardı. İnkişaf edəcəyi dövr ərzində iqtisadi yüksəlişini tapacaq kooperativlər az bir vaxtdan sonra geniş istehsal və xidmət infrastruktura sahib ola bilərdilər. Onların ərazilərində uşaq baxçaları, orta təhsil məktəbləri, supermarket şəbəkələri və nəqliyyat parkları yer ala bilərdi. Həmin yaradılmış infrastruktura cəlb edilmiş işçilərin maaşları və digər sosial şəraiti oxşar hökümət qurumları ilə müqayisədə fərqli və yüksək ola bilərdi. 

Bir sözlə, biz aqrar sektorda kooperativ iqtisadi modelini irəli yürütməklə əhalinin kütləvi məğulluğunu təmin edə bilərik. Bununla yanaşı, aqrar sektorda sahibkarlıq fəaliyyətindən əldə edilən vəsaitin daha böyük həmcdə dövlət büdcəsinə daxil olmasına geniş imkanlar açmış oluruq.

Budur ki, müasir iqtisadi inkişaf mexanizm və modellərinə önəm verməklə Azərbaycanın aqrar sektorunu inkişaf etmiş dünya ölkələrinin eyni sektoru səviyyəsinə qaldıra bilərik. Nəticədə, əhalinin kənd təsərrüfatı məhsullarına olan təlabatının tam ödənilməsi ilə yanaşı bu məhsulların ixrac həcmi də artırılmış olardı."

 

Fərid Axund

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Hamısı