Vyetnam alternativ enerji ixracına başlayıb.
Ednews "Al-Arabiya. news"-a istinadən xəbər verir ki, Vyetnam höküməti ətraf mühitin qorunması və Yaşıl enerjinin ön plana çıxarılması üçün alternativ enerji mənbələrindən əldə edilən enerjini bazara çıxarıb.
Qeyd edək ki, artıq "Samsung" və digər texnologiya şirkətləri Vyetnamdan alternativ enerji satın alır. Xəbərdə qeyd olunur ki, Vyetnam höküməti bundan sonra da alternativ enerji sahəsində fəaliyyəti genişləndirmək və müəssisələrin məhz bu enerji ilə işləməsinə töhfə verək yönündə siyasət aparacağını açıqlayıb.