“Tesla” şirkətinin səhmlərinin bahalaşmasından sonra Donald Trampı açıq şəkildə dəstəkləyən “SpaceX”in qurucusu İlon Maskın sərvəti 26,5 mlrd. dollar artıb.
Bu barədə “EDnews” “Bloomberg“ tərəfindən dərc olunan milyarderlər indeksinin (Bloomberg Billionaires Index) məlumatlarına istinadən xəbər verir.
Qeyd edilir ki, İlon Maskın ümumi sərvətinin dəyəri 290 mlrd. dollara çatıb. Bu nəticə ilə “SpaceX”in yaradıcısı reytinqdə birinci yeri tutmaqda davam edir.
İkinci yerdə isə sərvəti 228 mlrd. dollarla qiymətləndirilən “Amazon” onlayn pərakəndə satış şirkətinin yaradıcısı Cef Bezos qalır.
Üçüncü yerdə 202 mlrd. dollarlıq nəticə ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşıb.