Ötən il pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əvvəlki ilə nisbətən 844 mln. manat çox olmaqla 8 mlrd. 846 mln. manat ödənilib
"EDnyus" xəbər verir ki, Sosial təminat sisteminin mütəmadi gücləndirilməsi, sosial ödənişlərdə ardıcıl artım dinamikası pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə ayrılan vəsaitlərin ötən il də əhəmiyyətli artması ilə nəticələnib.
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 8 mlrd. 846 mln. manat ödənilib ki, bu da əvvəlki ilə nisbətən 844 mln. manat (10,6 faiz) çoxdur.