Trampın ABŞ-nin avtomobil idxalına tarif tətbiqi qlobal ticarətə necə təsir edir?

İqtisadiyyat 10:23 27.03.2025

Prezident Donald Tramp ABŞ-a avtomobil idxalına görə 25% vergi tətbiq edəcəyini elan edib. Tramp bildirib ki, yeni tariflər 2 aprel tarixindən etibarən qüvvəyə minəcək və avtomobil idxal edən şirkətlər üçün vergi növbəti gündən başlayacaq. Hissələrin üzərindəki vergilər isə may ayından etibarən  başlayacaq. Prezident bu tədbirin sənaye üçün “böyük inkişafa"şərait yarada biləcəyini bildirdi.Lakin analitiklər bu addımın ABŞ-da  avtomobil istehsalının müvəqqəti dayandırılmasına, qiymətlərin artmasına və müttəfiqlərlə əlaqələrin gərginləşməsinə səbəb olacağını dedilər.Trampın sonuncu addımı, qlobal avtomobil ticarətini və təchizat zəncirlərini alt-üst etmək təhlükəsi yaradır. ABŞ keçən il təxminən səkkiz milyon avtomobil idxal edib ki, bu da təxminən 240 milyard dollar (186 milyard funt) sərmayə deməkdir. Meksika ABŞ,Cənubi Koreya,Yaponiyaya,Almaniyaya ən çox avtomobil tədarük edən ölkə olub.Bir çox ABŞ avtomobil şirkətləri Meksika və Kanadada fəaliyyət göstərir ki, bu da uzun müddətli sərbəst ticarət müqaviləsinin şərtləri altında qurulub.

Digər ölkələrə tətbiq  edilən yeni hissə tariflərindən Kanada və Yaponiya müvəqqəti olaraq  xaric olunub. Çünki ABŞ gömrük və sərhəd patrul xidmətləri tarifləri qiymətləndirmək üçün sistem qurur. Çərşənbə günü "General Motors"un səhmləri təxminən 3%, "Stellantis"in səhmləri isə təxminən 3.6% azalıb. Teslanın sahibi Elon Mask X sosial şəbəkəsində yazıb ki, "Tesla üçün ölkə daxilində baş verən bu tədbirlər ona təsirsiz ötüşməyəcək"

Tariflər, digər ölkələrdən idxal edilən mallara tətbiq olunan vergilərdir. Malları ölkəyə gətirən şirkətlər hökumətə bu vergini ödəyirlər. Şirkətlər, tariflərin bir qismini və ya hamısını müştərilər üzərinə yükləyə bilərlər.Trampın avtomobil tarifləri planı, onun ABŞ-da öz biznesini qorumaq və istehsalı artırmaq üçün atılan geniş addımlardan biridir. Lakin bu tədbirlər daxili şirkətləri qoruya bilsə də, xaricdən hissə tədarük edən şirkətlər üçün xərcləri artırır. Analitiklər, yalnız Meksika və Kanadadan olan hissələrlə hazırlanan avtomobilin qiymətinin nəqliyyat vasitəsindən asılı olaraq, 4000-10000 dollar arasında artacağını təxmin edir.

Tramp jurnalistlərə bildirib ki, tariflər “daimi” olacaq. Dünyanın ikinci ən böyük avtomobil ixracatçısı olan Yaponiyanın baş naziri bildirib ki, onlar tariflərə cavab olaraq bütün variantları "masaya qoyacaqlar”. Amma bundan sadəcə bir gün sonra-çərşənbə günü səhər saatlarında Yaponiyanın avtomobil istehsalçıları – Toyota, Nissan və Hondanın səhmlərində azalmalar müşahidə olunub.

Yeni tariflərin tətbiqi, digər ölkələrin ABŞ-a qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdıqları  vaxta təsadüf edir. Bu tariflərin həmin planlara necə təsir edəcəyi isə bəlli deyil. ABŞ keçən il "Jaguar Land Rover"in ən böyük satış bazarlarından birinə sahib olub və bu müddət ərzində Ukrayna və Çindən daha çox satış həyata keçirirdi.Birləşmiş Krallığın Maliyyə naziri Rakel Rives BBC-yə bildirib ki, "yeni tariflərin tətbiq olunması həm Birləşmiş Krallıq üçün,həm də ABŞ üçün də təhlükəlidir" və əlavə edərək, Birləşmiş Krallığın bu tariflərin tətbiqini qarşısını almaq üçün danışıqlar apardığını  söyləyib.Birləşmiş Krallıq üçün ABŞ, AB-dən sonra avtomobil ixracatının ikinci ən böyük bazarına sahibdir. Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinin baş icraçı direktoru Mayi Hevs, ABŞ və Birləşmiş Krallığın “təcili şəkildə görüşüb hər kəsi razı sala biləcək şərtlərdə razılaşma əldə etməli olduqları”nı söyləyib.

Kanada baş naziri Mark Carney Trampın bu elanını ölkəsinə və onun avtomobil sənayesinə birbaşa hücum olaraq qiymətləndirib. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, Avropa İttifaqı bu tədbirləri nəzərdən keçirəcək və cavab tədbirləri barədə qərar verəcək.

Avtomobil sənayesi artıq polad və alüminium tariflərinin genişlənməsi ilə mübarizə aparır. "Ford" və "General Motors"kimi böyük avtomobil şirkətləri, Trampdan sənayeni hər hansı əlavə tariflərdən istisna etməsini istəyiblər. ABŞ Beynəlxalq Ticarət Komissiyasının 2024-cü il üzrə apardığı araşdırmaya görə, 25% tarifin tətbiq olunması idxalları təxminən 75% azaldacaq, ABŞ-da orta qiymətləri isə təxminən 5% artıracaq.

"Ağ Ev" rəsmiləri bildirib ki, onlar ABŞ-ın işçilər üçün daha çox hissə tarifi tətbiq etməsini  istəyiblər.Yeni tariflərdən bir gün əvvəl Cənubi Koreyanın "Hyundai" şirkəti ABŞ-a 21 milyard dollar sərmayə qoyacağını və Luisianada yeni polad zavodu inşa edəcəyini elan etdi. Tramp qeyd etdi ki,bu sərmayə  “tariflərin ölkəyə  çox güclü şəkildə təsir göstərdiyinin sübutudur.

Birləşmiş Avtomobil İşçiləri Birliyinin lideri Şavn Fein, seçkilərdə Donald Trampa qarşı çıxmasına baxmayaraq, onun ticarət sahəsində ölkənin inkişafı üçün müsbət addımlar atdığını qeyd edib. Fein, Trampın atdığı bu addımların ölkə üçün faydalı olacağını vurğulayıb.

Amerika Avtomobil Siyasəti Şurasının rəhbəri Mat Blant, avtomobil istehsalçılarının ABŞ-da avtomobil istehsalını və iş yerlərini artırmaq qabiliyyətinə malik olduqlarını bildirib. Bununla belə, ABŞ avtomobil istehsalçıları, tariflərin müştərilərin qiymətlərini artırmaması şərtilə tətbiq olunmasını istəyiblər.  

Mədinə Məmmədova//EDnews

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı