Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlir Xidmətinin nümayəndələri 21-23 noyabr tarixlərində Sərhəd Keçid Məntəqələrində sanitariya və fitosanitariya yoxlamaları üçün risklərin idarə olunması və risk təhlilində Avropa standartlarının istifadəsinə dair ikitərəfli təlimdə iştirak ediblər. Təlim "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində keçirilib. Birgə layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Ümumilikdə, Azərbaycanın Tovuz, Astara, Xaçmaz, Balakən, Biləsuvar SKM-lərinin və Gürcüstanın Qardabani və Kazbegi SKM-lərinin kimi əsas sərhəd məntəqələrini təmsil edən 25 nümayəndə Bakıda üç günlük təlimdə iştirak etmişdir.
Latviya Qida və Baytarlıq Xidmətinin Sərhəd Nəzarət İdarəsinin Fitosanitar məsələləri üzrə direktor müavini, xanım Kristina Romanova, təlim aparmaq üçün beynəlxalq ekspert kimi dəvət olunub. O, Aİ-nin Fitosanitar idxal nəzarət sistemi, idxal olunan heyvan ərzaq və bitkilərin risk analizi üzrə standartları, eləcə də risk qiymətləndirilməsi üçün iş prosedurları haqqında məruzələrlə çıxış edib. Xanım Romanova Azərbaycan və Gürcüstan arasında sərhəd-keçid məntəqələrində nəzarət prosedurlarının sanitar və fitosanitar təkmilləşdirilməsinin əhəmiyyətinə toxundu. "Beynəlxalq ekspertlər bu layihə çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlir Xidməti müfəttişləri üçün bir sıra təlim və seminarlar keçirəcək. Mən ümid edirəm ki, bu təlim həmçinin sərhəd-keçid məntəqələrində SPS yoxlamaları, risk təhlilləri və ərzaq təhlükəsizliyi sahəsində işləri təkmilləşdirəcək" - o, dedi.
Təlim çərçivəsində iştirakçılar sanitar və fitosanitar nəzarəti üzrə Dövlət Gömruk Komitəsinin iş prosedurunu öyrənmək üçün Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasına baş çəkdilər.
BMTİP strateji tərəfdaşlıq üzrə müşaviri, Məzahir Əfəndiyev iki ölkənin gömrük nəzarət sistemlərinin uyğunlaşdırılması və bu sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsi yönündə təlimin vacibliyini vurğulayıb. "Bu, xüsusilə sərhəd keçid məntəqələrində SPS nəzarət sahəsində Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlir Xidməti arasında sıx əməkdaşlıq, ticarətin asanlaşdırılması və məlumat mübadiləsini inkişaf etdirmək üçün çox vacibdir", - deyə o bildirib.
Layihənin ümumi məqsədi Gürcüstan və Azərbaycan arasında sərhəddən malların hərəkətinin asanlaşdırılmasına töhfə verməkdir. Eyni zamanda, bu addım hədəf ölkələr və Aİ Üzv Dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi vasitəsilə təhlükəsiz sərhədləri təmin etmək üçün vacibdir. Layihə institusional inkişafı və Gürcüstan Gəlir Xidməti və Azərbaycan Dövlət Komitəsinin bacarıqlarının artırılması, o cümlədən SPS nəzarət və müvafiq olaraq məlumat mübadiləsini həyata keçirmək üçün bacarıqların artırılmasını dəstəkləyir. Daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin olunması yolu ilə öz əməliyyat imkanlarının artırılması da nəzərdə tutulur.