Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?

Ekspert rəyi 14:55 05.06.2025

Yaxın vaxtlarda Azərbaycanda özəl şirkətlərə istilik təchizatı sektorunda fəaliyyət göstərmək imkanı yaradılacaq.

Yeniliyin anonsunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ötən gün keçirilmiş iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə verib.

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra Azərbaycanda mərkəzi istilik sisteminə qoşulmaq - hazırda bu sektorda təbii inhisarçı olan "Azəristiliktəchizat" ASC-nin xidmətindən istifadə edib-etməmək mənzil mülkiyyətçilərinin öz iradəsindən asılı olacaq.

"Çoxmənzilli yaşayış binalarının sakinləri istilik xidmətindən istifadə etmək üçün həm "Azəristiliktəchizat"a müraciət edə, həm özəl şirkət tuta, həm də özləri şirkət yarada bilərlər. Belə olduqda artıq tarif müəyyən etməyin də mənası qalmır. Vətəndaşlar hər ayın sonunda istilik xərclərini öz aralarında bölüşdürə bilərlər. Təbii ki, sayğac quraşdırılana qədər. Bu mənada bizim bildiyimiz ənənəvi sistem dəyişir. Bu sahə daha liberal olur. Əsas məsələ odur ki, təchizatçının seçilməsi mənzil mülkiyyətçilərindən asılı olacaq, birini bəyənməsələr, digərini seçə bilərlər. Bu istiqamətdə onlara heç kim təsir edə bilməz", - deyə o qeyd edib.

Bəs Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?

“EDnews” xəbər verir ki, "Report" mövzu ilə bağlı araşdırma aparıb.

Təcrübə göstərir ki, Azərbaycanda, o cümlədən paytaxt Bakıda heç də hamıya istilik xidmətini "Azəristiliktəchizat" göstərmir. Son illər tikilmiş yaşayış kompleksləri arasında həyətində qazanxana olanlar da var. Amma belə qazanxanalar vasitəsilə göstərilən xidmət sakinlərə elə də ucuz başa gəlmir və dövlətin müəyyən etdiyi tariflər burada heç bir əhəmiyyət kəsb etmir. Yəni, binanı tikən Mənzil-Tikinti Kooperativi istilik xidmətini də əlində saxlayır, vətəndaşlara istədiyi qiyməti diktə edir. Amma bunu özəl sektorun xidməti kimi təqdim etmək düzgün olmazdı.

Əksər göydələnlərdə isə sakinlər evlərini kombi sistemi ilə qızdırırlar. Bu formada istilik də baha başa gəlir, sadəcə burada vətəndaşların xərclərlə manevr etmək imkanları var. Yəni, insanlar kombini yalnız onlara lazım olanda yandıra, onun dərəcəsini tənzimləyə, bununla da bacardıqca istilik xərclərini azalda bilərlər.

Kommunal sahə üzrə mütəxəssis Nüsrət Qasımov isə deyir ki, Azərbaycanda ümumiyyətlə mərkəzi istilik sistemi özünü doğrultmur və o, tarixə qovuşmalıdır: "Bu infrastrukturun 33 il ömrü var. Nəzərə almalıyıq ki, bizdəki mərkəzi istilik sisteminin təməli Sovet dövründə qoyulub. Odur ki, sistem artıq köhnəlib, istilik boruları qalın asfalt qatının altındadır. Onları təmir etmək üçün az qala bütün şəhəri qazmaq lazımdır. Belə yanaşmanın hər hansı iqtisadi səmərəsi ola bilməz”.

Nüsrət.jpg

Onun sözlərinə görə, köhnə infrastruktur böyük investisiya qoyuluşu tələb etdiyindən özəl sektorun bu sahəyə maraq götərəcəyi inandırıcı görünmür: "Qazanxana işlətmək iqtisadi cəhətdən səmərəli deyil. Təkcə bir qazanxanada 4 ocaqçı işləməli, onlara maaş verilməlidir. Bunun işıq, qaz, su və digər xərcləri də var. Odur ki, hər il “Azəristiliktəchizat”ın digər dövlət müəssisələri qarşısında milyonlarla manat kreditor borcu yaranır. Bu məsələnin ekoloji tərəfi də var. Qazanxanada tam yanma təmin olunmadığına görə, atmosferə zərərli maddələr buraxır. Bildiyiniz kimi, Azərbaycan qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizə təşəbbüsləri ilə çıxış edir və karbon qazı emissiyasının azaldılması üzrə üzərinə öhdəlik götürüb”.

Ekspert hesab edir ki, yeni qazanxanaların tikintisi üçün yer tapmaq özü də müşkül məsələdir: “Bu gün əksər hallarda bir bina digərinin yanında tikilir. Boş ərazi tapmaq çox çətindir”.

Bununla belə, N.Qasımov əhaliyə seçim verilməsinin tərəfdarıdır, amma onun fikrincə, bu gün evlərdə quraşdırılan kombilərin alternativi yoxdur: "Kombi "ağıllı" sistemlərlə təchiz olunmuş təhlükəsiz cihazlardır. Mərkəzi istilik sitemindən ən böyük üstünlüklərindən biri istənilən vaxt istifadə üçün hazır olmasıdır, hər hansı qrafikə bağlı deyil. O, elektrik enerjisi ilə işləyən ariston tipli su qızdırıcılarından da sərfəlidir. Çünkü sonuncu kifayət qədər enerji sərfiyatına səbəb olur”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Kərimə" dövləti qurmaq istəyənlərə hökm oxundu
14:06 12.06.2025
"Suriyanın yeni rəhbərliyi ilə danışıqlarda maraqlıyıq"
14:02 12.06.2025
Hindistanda aviaqəza nəticəsində ölənlərin sayı 40-a çatıb
13:56 12.06.2025
“Elmi fəaliyyətlə bağlı qrantlara müraciət tam rəqəmsallaşdırılmalıdır”
13:47 12.06.2025
Hindistandakı aviaqəza "Boeing"-in səhmlərini ucuzlaşdırdı
13:36 12.06.2025
Məleykə Abbazasə repetitorlardan danışdı: "...özlərini reklam edirlər..."
13:24 12.06.2025
Çimərlik mövsümü 15 İyunda başlayacaq
12:48 12.06.2025
Fəxriyyə Xələfova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşür - MÜSAHİBƏ
12:21 12.06.2025
BAEA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edib
12:04 12.06.2025
Sabah 37 dərəcə isti olacaq
11:37 12.06.2025
Dünyada hər 67 nəfərdən biri məcburi köçkündür - BMT-dən yeni hesabat
11:35 12.06.2025
Azərbaycanlı cüdo hakimi ilk dəfə dünya çempionatını idarə edəcək
11:21 12.06.2025
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
10:58 12.06.2025
"İqlim müzakirələrində ziddiyyətlərin aradan qaldırılmasında əsas rolu elm oynayır"
10:54 12.06.2025
"UNEC elmi məqalələrin artım tempinə görə dünyada birinci yerdədir"
10:38 12.06.2025
Göyərtəsində minlərlə avtomobil olan gəmi bir həftədir ki yanır
10:28 12.06.2025
Şimali Koreya - Cənubi Koreya sərhədində səsli təbliğat dayandırıldı
10:08 12.06.2025
Polşa millisinin baş məşqçisi Levandovski ilə münaqişədən sonra postunu tərk edib
09:40 12.06.2025
Günəşin qütblərinin görüntüləri əldə edildi
09:22 12.06.2025
Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?
08:43 12.06.2025
İqlim böhranının insanların sağlamlığına təsiri artır -ÜST
08:29 12.06.2025
"Çelsi" yeni səfər formasını təqdim etdi
07:41 12.06.2025
Messi Klublararası dünya çempionatında iştirak edəcək?
07:35 12.06.2025
İran İsraillə müharibəyə hazırlaşır
06:50 12.06.2025
Aİ Çinin iki bankına sanksiya təklif edib
02:40 12.06.2025
ABŞ Avstraliyaya atom sualtı qayıqların tədarükü sazişinə yenidən baxacaq
00:24 12.06.2025
12 iyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
00:01 12.06.2025
Professor Nazim İmanov: Azərbaycan iqtisad elminin görkəmli siması
16:53 11.06.2025
"Los-Anceles sakinləri çox şanslıdırlar ki, onlara kömək etmək qərarına gəldim"
16:21 11.06.2025
Peru tariflərə görə ümidini Çinə bağlayır
15:42 11.06.2025
Fariz İsmayılzadə: "Bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxmalıyıq"
15:31 11.06.2025
Rusiya İrana nüvə yanacağını ölkədən çıxarmağa kömək edə bilər
15:04 11.06.2025
Arıqlamaq üçün bitki çayları içən gənc komaya düşüb
14:23 11.06.2025
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
14:19 11.06.2025
"ChatGPT" yeni modelini işə salır
13:57 11.06.2025
Rusiya diplomatı XİN-ə çağırıldı
13:18 11.06.2025
Leroy Sane "Qalatasaray"la razılığa gəldi
13:01 11.06.2025
Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
12:24 11.06.2025
Rusiya Ukraynaya 1 200-dən çox hərbçinin meyitini qaytarıb
12:21 11.06.2025
ABŞ "F-35" qırıcılarının alışını iki dəfə azaltdı
10:26 11.06.2025
Hamısı