Məşhur rusiyalı aktyor, Xalq artisti Mixail Boyarski xəstəxanaya yerləşdirilib.
“EDnews” xəbər verir ki, "Lensovet" Teatrından verilən məlumata görə, Boyarski ürəyinə stent qoyulması xəstəxanadadır.
Aktryorun oğlu Sergey atasının xəstəxanaya yerləşdirilməsini əməliyyatdan sonra yaranan fəsadlarla izah edib.
Onun sözlərinə görə, Boyarski özü əməliyyatın nəticələrinə görə xəstəxanaya gəlib. Arteriyaya stent qoyulduqdan sonra tibbi müdaxilə tələb edən problemlər yaranıb. Sergey deyib ki, atası hazırda Sankt-Peterburqdakı Mariinski xəstəxanasının damar kardiologiyası şöbəsindədir. O, iyunun 27-də evə buraxıla bilər.
Qeyd edək ki, Mixail Boyarski aprelin 14-də teatrda məşq zamanı yıxılaraq xəstəxanaya yerləşdirilib. Sənətçinin iştirakı ilə nəzərdə tutulan tamaşalar mövsümün sonuna kimi ləğv edilib.