Gələn həftə Şimali Koreyanın şərq sahilində Vonsan Kalma kurortunun istifadəyə verilməsi gözlənilir.
“EDnews” xəbər verir ki, ölkə hökuməti bunu turizm sənayesində "yeni dövrün başlanğıcı" kimi dəyərləndirir. Bununla belə, sərhədlərin əcnəbi qonaqlar üçün açılması məsələsi cavabsız qalır.
Şimali Koreya dövlət mediasının məlumatına görə, kurort kompleksi 20 minə yaxın qonağı qəbul etmək üçün nəzərdə tutulub. Turistlər dənizdə üzə, idmanla məşğul ola, yerli restoran və kafelərdə yemək yeyə biləcəklər.
Ötən günlərdə Şimali Koreya lideri Kim Çen In müəssisəyə şəxsən baş çəkib və rəsmi açılış mərasimində iştirak edib.