Medinskinin məqsədi nədir?

Ekspert rəyi 12:43 10.06.2025

"Medinskinin bu açıqlaması bir daha onu göstərir ki, Rusiya hələ də Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, suverenliyinin bütün ərazilərdə bərqərar olmasını həzm edə bilmir".

"EDnews" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin mətbuata açıqlamasında keçmiş Azərbaycan-Ermənistan münaqişəsilə bağlı faktları təhrif edərək, Qarabağı mübahisəli ərazi kimi təqdim etməsini şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Rusiya sözdə beynəlxalq hüquq nöqteyi-nəzərdən Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə prezidentləri səviyyəsində bəyan etsə də, zaman-zaman istər xarici işlər naziri, istər müavinləri, sözçüsü və yaxud Putinin köməkçisi səviyyəsində Qarabağın ölkəmizə qaytarılması hadisəsini hələ də həzm edə bilmədiklərini bəyan edir və dolayısı ilə bunu Moskvanın geosiyasi uğursuzluğu kimi təqdim etməkdə davam edirlər:

"Ən azı bunu büruzə verirlər. Rusiya rəhbərliyi istər xarici işlər naziri, onun müavinləri və hətta sözçüsü səviyyəsində Ermənistan rəhbərliyinə hər hansı bir söz atanda Qarabağın qaytarılmasını Rusiyanın deyil Ermənistanın etdiyini və 2022-ci ildə İrəvanın Praqada bunu hüquqi cəhətdən təsdiq etdiyini təəssüflə qeyd edirlər. Bu da o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, həmin məsələ Rusiyanın gələcəyə yönəlik təsir mexanizmi olaraq qalacaqdı".
 
 Natiq-Miri.jpg

Natiq Mirinin fikrincə, Medinskinin açıqlamasındakı hüquqi cəhətdən buraxılan yanlışlığa gəldikdə, bu, sadəcə texniki səhv olaraq qəbul edilə bilməz:

"Çünki o bilməmiş deyil ki, Qarabağ bütün zamanlarda Azərbaycanın tərkib hissəsi olub və mübahisəli ərazi predmeti deyil. Bununla bağlı nota da verilməlidir ki, Kreml nədən Azərbaycanın ərazi bütövlüyü məsələsini şübhə altına qoyduğunu əsaslandırsın".

Ekspert qeyd edir ki, Azərbaycana qarşı yeni bir anti-Azərbaycan prosesi yaratmaq Rusiyaya heç nə qazandırmayacaq:

"Azərbaycan-Rusiya münasibətləri mülki təyyarəmiz bilərəkdən Qroznı ərazisində vurulandan sonra böyük zərər görüb. Bu fonda ölkəmizə qarşı yeni bir anti-Azərbaycan prosesi başladılarsa, münasibətlərimizə ciddi xələl gələcək və burada itirən tərəf Moskva olacaq. Çünki Azərbaycan Ermənistan deyil ki, Avrasiya İttifaqının üzvlüyündən çıxarmaqla bağlı təhdid etsinlər. Ona görə də Rusiyanın ortada quyruq bulamasına qətiyyən ehtiyac qalmır". 

Qeyd edək ki, son dövrlər Rusiyada rəsmilər səviyyəsində belə Azərbaycana qarşı təhdid xarakterli düşüncələr geniş yayılmağa başlayıb.  Rusiya prezidentinin köməkçisi Vladimir Medinski "Russia Today” kanalına müsahibəsi zamanı Azərbaycana münasibətdə olduqca qərəzli açıqlama verib. O, keçmiş Azərbaycan-Ermənistan münaqişəsilə bağlı faktları təhrif edərək, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə buna cavab olaraq bildirib ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır:

"Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub".

Sonra diplomat Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Hamısı