Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin Xarici İşlər, Milli İcma Xaricdə və Afrika Məsələləri Nazirliyinin Protokol idarəsinin rəhbəri Muxtar Amin Xəliflə görüşüb.
“EDnews” xəbər verir ki , bu barədə Əlcəzairdəki diplomatik missiyanın mətbuat xidməti bildirib.
“Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər, Milli İcma Xaricdə və Afrika Məsələləri Nazirliyinin Protokol üzrə Baş Direktoru cənab Muxtar Amin Xəlif ilə Zati-aliləri Səfir cənab Tural Rzayev arasında görüş baş tutub”, – səfirliyin məlumatında qeyd olunub.
Fatimə Mərdanlı // EDnews