İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İtalya regionları və şirkətləri ilə resursların idarə edilməsi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“EDnews”xəbər verir ki,görüş konstruktiv şəraitdə keçib.
"İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə Eldar Əzizov arasında konstruktiv görüş keçirilib. Görüş zamanı Neapolun 2500 illiyinin qeyd olunması kontekstində Bakı və Neapol arasında qardaşlaşma əlaqələrinin gücləndirilməsi məsələləri, həmçinin davamlı inkişaf və resurslardan səmərəli istifadə sahəsində İtaliya regionları və şirkətləri ilə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib", - məlumatda qeyd olunub.
Fatimə Mərdanlı //EDnews