Yumurtanın çox az məlum olan faydalarından biri də göz sağlamlığını qorumasıdır.
Türkiyə mətbuatı xəbər verir ki, türkiyəli həkim professor Ahmet Özkağnıcı uşaqlara görmə qabiliyyətini qorumaq üçün yumurta yeməyi məsləhət görüb.
Həkim yumurtanın tərkibinin A, B və C vitaminləri ilə zəngin olduğunu, A vitamininin xüsusilə, gözün torlu qişasına işıq ötürülməsində mühüm rol oynadığını bildirib:
"Gözdə əmələ gələn sarı nöqtə xəstəliyi qalıcı korluğa səbəb ola bilər. Bunun qarşısını almaq üçün yumurtanın sarısından yemək lazımdır".
Həkim əlavə edib ki, yumurta unutqanlığın aradan qaldırılması üçün də faydalıdır. Düzgün qidalanmaq üçün yaşından asılı olmayaraq gündə bir ədəd yumurta yemək məsləhətdir.