Amerikalı alimlər sağlam ürəyin sirrini tapıblar.
Amerikalı həkimlər elmi iş üçün təxminən 5 min ABŞ vətəndaşını təcrübəyə cəlb ediblər.
Alimlər bədən çəkisi, hərəkətlilik, plazmada şəkər səviyyəsi və qan təzyiqindən asılı olaraq onları qruplara ayırıblar. Bundan başqa, xüsusi testin köməkliyi ilə könüllülərin optimistlik səviyyəsini ölçüblər.
Məlum olub ki, ürəklə bağlı problemdən ən az şikayət edənlər optimist insanlardır. Yəni yaxşı əhval-ruhiyyədə olan insanlar daha sağlam ürəyə sahibdirlər.(axar.az)