Azərbaycanlı həkim Britaniyada qalib oldu | Eurasia Diary - ednews.net

21 İyul,


Azərbaycanlı həkim Britaniyada qalib oldu

Səhiyyə A- A A+

Britaniyanın “British Medikal Journal” tibb jurnalı Learning üzrə müsabiqənin qalibini elan edib. Müsabiqənin şərtinə əsasən infeksion xəstəliklər üzrə 26 moduldan ibarət kursu tamamlamaq və həmin kursun faydası haqqında ingilis dilində videoçarx hazırlamaq lazım idi.

Səhiyyə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin bazasında rezidentura təhsilini bu il başa vuran gənc həkim-infeksionist Hökümə Məmmədova müsabiqənin qalibi olub.

O, bu ilin martında Şotlandiyanın Qlazqo şəhərində keçirilən Səhiyyədə Keyfiyyət və Təhlükəsizlik üzrə Beynəlxalq Forumda iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...