Qan təzyiqini dərmansız azaltmağın asan yolu | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


Qan təzyiqini dərmansız azaltmağın asan yolu

Səhiyyə A- A A+

Almaniyalı kardioloq dərmandan istifadə etmədən yüksək qan təzyiqini azaltmağın asan  yolunu açıqlayıb.

Belə ki, Münhen Texniki Universitetinin Profilaktika və İdman Təbabəti Mərkəzinin rəhbəri Martin Halın sözlərinə görə, gündəlik 15 dəqiqəlik gəzinti təzyiqin beş-səkkiz millimetr civə sütununa qədər azalmasına gətirib çıxarır. O, həmçinin  qeyd edib ki, fin yerişini (iki çubuqla yerimə - red.), velosiped sürməyi və asta yerişi də gündəlik məşqlərə əlavə etmək olar, lakin  orqanizmi yükləməməyi də tövsiyə edib.

Ekspert, həmçinin yüngül pəhriz saxlamağı, məsələn, tərkibində çoxlu miqdarda duz olduğu üçün kolbasa, pendir və çörəyi rasiondan çıxararaq, onları tərəvəzlə əvəz etməyi tövsiyə edib. 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...