Kolumbiyada koronavirusdan ilk ölüm qeydə alındı | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


Kolumbiyada koronavirusdan ilk ölüm qeydə alındı

Səhiyyə A- A A+

Kolumbiyada yeni növ koronavirusa (COVID-19) yoluxmuş şəxs dünyasını dəyişib.

EdNews “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Twitter” hesabında yazılıb.

Məlumata görə, 58 yaşlı kişi virusa sürücü işlədiyi zaman italiyalı turistlərdən yoluxub.

Qeyd edək ki, Kolumbiyada koronavirusa yoluxanların ümumi sayı 210 nəfərdir. Hazırda üç nəfər sağalaraq evə buraxılıb.

Xatırladaq ki, Kolumbiyada koronavirusa görə fövqəladə vəziyyət elan olunub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...