Tibbi maskalardan düzgün istifadə qaydaları Səhiyyə Nazirliyində açıqlama

Sağlamlıq 17:05 29.03.2020

Səhiyyə Nazirliyi tibbi maskalar haqqında maarifləndirici məlumat paylaşıb.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən  EdNews-a verilən xəbərə görə, üz üçün tibbi maska – tənəffüs orqanlarının hava-damcı yolu ilə ötürülən patogen viruslardan və bakteriyalardan, submikron ölçülü müxtəlif hissəciklərdən (allergik reaksiyalar törədən), zərərli buxarlardan və aerozollardan, bioloji mayelərdən, tozlardan və s. qorunması üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitəsidir.

   Bu vasitə, müxtəlif sahələrdə böyük populyarlıqla istifadə olunur:

   • səhiyyə müəssisələrində;

   • kosmetologiyada;

   • stehsalatda;

   • məişətdə.

   Təkistifadəlik tibbi maska, təsnifat

Bu məhsula maraq daim artır və fərdi mühafizə vasitələrinin xarakteristikalarına, təyinatına, ölçülərinə və s. görə fərqlənən müxtəlif versiyalarına tələbat yaranır. Maska istehsalçıları, müxtəlif siniflərə və növlərə ayırmaqla öz məhsul çeşidlərini genişləndirmişlər. Tanış olmaq üçün mövcud təsnifatları nəzərinizə çatdırırıq:

   Sterillik dərəcəsinə görə maskalar iki kateqoriyaya bölünür:

   1. Steril təkistifadəlik maskalar, xüsusi tərzdə emal olunmuş və beləliklə də səthlərində heç bir mikroorqanizm olmayan maskalardır. Belə vasitələr “təmiz” sahələrdə - əməliyyat otaqlarında və laboratoriyalarda iş üçün nəzərdə tutulmuşdur. Sahə, dezinfeksiyaedici vasitələrlə və ultrabənövşəyi şüalarla işləndikdən sonra “təmiz” sayılır. Adi sahəyə düşdüyü andan etibarən steril maska qeyri-steril olur.

   2. Qeyri-steril – məişətdə, tibb müəssisələrində, istehsalda və s. istifadə olunan bütün digər maskalardır. Bu, müxtəlif sferalarda istifadə olunan vasitələrin çoxsaylı alt növlərindən ibarət ümumi kateqoriyadır.

   Maskaların istehlakçının konkret yaş qrupuna uyğun ölçülər üzrə bölgüsü mövcuddur:

   • yenidoğulmuşlar və 5 yaşa qədər uşaqlar üçün maska – ölçüləri 12 x 7 sm təşkil edir;

   • 5 yaşdan 14 yaşadək pasiyentlər üçün uşaq maskası – ölçüləri 14 x 8 sm təşkil edir;

   • böyüklər üçün maska – ölçüləri 17 x 9,5 sm təşkil edir.

   Bu vasitələr, təyinatı üzrə aşağıdakı kateqoriyalara bölünür:

   • cərrahi maskalar;

   • prosedur maskaları;

   • stomatoloji maskalar.

   Fərdi mühafizə vasitələri buraxan məşhur ticarət markalarının istehsalçıları rəng üzrə təsnifatı təklif edirlər:

  • yazılarla, abstrakt təsvirlərlə, rəsmli maskalar - əsasən uşaq səhiyyə təşkilatlarında geyinilməsi üçün nəzərdə tutulmuşdur, mühafizədən savayı onlar ikinci təyinata malikdirlər – tanış olmayan mühitə uyğunlaşmağa, tibb heyəti ilə əlaqənin qurulmasına kömək etmək;

   • rəngli maskalar – bütün rəng çalarlarında hazırlanmış olub, müxtəlif rəng və çeşid üzrə qablaşdırmalarda satılırlar, mühafizə xüsusiyyətlərindən başqa əhvalın yüksəldilməsini təmin edirlər;

   • tibbi qara maskalar - əlavə mühafizə ilə gücləndirilmiş olub, kosmetik salonlarda, təmizlik şirkətlərində, istehsalatda istifadə olunurlar, müxtəlif submikrofil hissəciklərdən etibarlı mühafizəni təmin edirlər.

Bütün rəngli maskalar hipoallergendirlər. Hətta rəng çalarının verilməsi və ya rəsmin yaradılması üçün istifadə olunan boyalar belə, allergik reaksiya verməyən və uşağın orqanizmi üçün tamamilə təhlükəsiz olan xüsusi boyalardırlar. Üz üçün tibbi qara maskalar həm monoton, həm də şən yazılarla (gülüş, bığ, smaylik və s.) ola bilər. Bütün bunlar, uşaq maskalarında olduğu kimi, heyətin və ziyarətçilərin əhvalına xoş təsir bağışlayır ki, bu da təyin olunmuş müalicənin uğurlu olmasına müsbət təsir göstərir.

    Strukturuna görə maskalar aşağıdakı kimi bölünürlər:

   1. Bağlara malik, çoxistifadəlik tənzif maskalar. Tənzifdən hazırlanmış olur. 2-3 saat ərzində mühafizəni təmin edir; bu müddət ötdükdən sonra vasitə, sonrakı istifadə üçün xüsusi üsulla emal olunmalıdır (yuma, qaynatma və ya dezinfeksiyaedici məhlula salma üsulları münasib ola bilər). Əvvəllər hər yerdə istifadə edilməsinə baxmayaraq, belə maskalar populyarlığı itirirlər.

   2. Toxunma olmayan, üçqatlı prosedur maskaları. Belə təkistifadəlik maska, sterilliyə dair xüsusi tələblər olmayan hər bir yerdə istifadə olunurlar. Bu vasitələrin filtrasiya səviyyəsi kifayət qədər yüksək – təxminən 95,9 %-dir. Bu vasitə, toxunma olmayan mikrolifli parçalardan hazırlanır:

    • spanbond - iki xarici qat üçün istifadə olunur, əla hava keçiriciliyi ilə fərqlənir;

    • meltblaun – daxili filtrasiyaedici qat üçün istifadə olunur.

   3. Toxunma olmayan, dörd qatlı, xüsusi təyinatlı (cərrahi) maskalar. Bu maskalar gücləndirilmiş xarakteristikalara malik olub, filtrasiyaedici qatı ikiləşmiş olur. Bəzən əlavə olaraq, maskanı daşıyan şəxsi bioloji mayelərlə birbaşa təmasdan qorumaq üçün maye əleyhinə qata malik vasitələrə də rast gəlinir. Belə maskanın filtrasiya səviyyəsi ən yüksək – 99,9 %-dir.

   4. Toxunma kömür maskaları – tozlu sahələrdə və kimyəvi laboratoriyalarda iş zamanı əvəzedilməzdirlər. Kömür maskası bütün məlum patogen mikrofloranı, eləcə də ən  kiçik hissəcikləri tutub saxlayır.

   Toxuma olmayan maskalar faydalı əlavələrlə təchiz edilmiş olurlar:

   • vasitəni lazımi vəziyyətdə saxlayan geniş və yumşaq qulaqardı ilgəklərlə (ilgəklər hipoallergen tərkibə malik olub, lateks törəmələri ehtiva etmirlər, qulağın arxasındakı zərif dərini sürtmürlər);

   • əl ilə tənzimlənənən və zəruri yapışma sıxlığını təmin etməklə maskanın maksimum sıx şəkildə və lazımi nahiyədə bədənə sıxılmasına imkan verən, teldən hazırlanmış burun sıxıcısı ilə;

   • vasitəni daşıyarkən komfortu təmin edən, maskanın dodaqlara yapışmasına imkan verməyən büzmə ilə.

   Qoruyucu maskanı kim və necə geyinməlidir

   Maskanı kim geyməlidir: yoluxmasını istəməyən sağlam insan və ya xəstə? Cavab veririk: xəstələnmə halları tək-tək xarakterə malik olduqda, əlbəttə ki, tibbi maska, virus və bakteriyaları öz orqanizmindən ətraf mühitə yaymaması üçün xəstə üçün nəzərdə tutulmuşdur. Epidemiya dövrlərində xəstələnənlərin yaxınları və təbii ki, tibb heyəti də risk zonasına daxil olurlar.  Bu halda qripdən qorunmaq üçün tibbi maska həm xəstələnən, həm də təmasda olan tərəf üçün göstəriş olacaqdır.

   Qoruyucu maskanı düzgün şəkildə necə istifadə etməli

   1. Maskanı geyinmə, daşıma və çıxarma vaxtı vasitənin əl ilə təmasının minimal olmasını təmin etmək.

   2. Bütün perimetrləri üzrə maskanı üzə maksimal dərəcədə sıxlaşdırmaq.

   3. Vasitənin daşımnması üzrə müddət və şərtlərə riayət etmək:

   •    mürəkkəb epidemioloji vəziyyətlər zamanı maska hər iki saatdan bir dəyişdirilməlidir;

   •    tozlanma şərtlərində dəyişmə, hər 3-4 saatdan bir tələb olunur

   •    adi şərtlərdə vasitənin daşınma müddəti maksimum – 6 saatdır.

   4. İstifadə olunmuş maskanı düzgün şəkildə utilizasiya etmək, əlləri sabunla diqqətlə yumaq və ya xüsusi dezinfeksiyaedici vasitələrlə işləmək.

   5. Qoruyucu maskanı yalnız zərurət olduqda, əhalinin kütləvi toplandığı ərazilərdə geyinmək. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Hamısı