Koronavirus niyə qadınlardan çox kişiləri öldürür? | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Koronavirus niyə qadınlardan çox kişiləri öldürür?

Səhiyyə A- A A+

Koronavirus hər iki cinsin nümayəndəsi üçüb təhlükəli olsa da, kişilər virusdan daha çox ölürlər.

EDNews.net xəbər verir ki, bu barədə Çinin Pekin şəhərində yerləşən Tunjen xəstəxanasının həkimləri açıqlama veriblər. Onlar kişi pasinetlərin durumunun daha çox pisləşməyə doğru getdiyini xatırladıblar.

“Yanvar ayının əvvəllərində biz kişilərin qadınlardan daha çox öldüyünün şahidi olduq. Bununla bağlı araşdırma apardıq və kişilərin virusun ağır formasından daha çox əziyyət çəkməsinin şahidi olduq. Xroniki xəstəlikləri olan yaşlı kişilər ən riskli qrupa daxildirlər”.

Kişilərdə qadınlara nisbətən, qanda kreatin, həmçinin, hemoqlabin, leykosit və neytrofillər yüksəkdir. Kişilərdə virusa xüsusi həssaslığın səbəbləri hələ öyrənilsə də, bir çox ölkələr bu barədə açıqlama yayıblar. Məsələn, Cənubi Koreya COVİD-19-dan ölən vətəndaşlarının 54%-nin, İtaliya isə 71%-nin kişi cinsindən olduğunu elan edib.

Ekpsertlər kişi ilə qadının bioloji fərqləri ilə yanaşı, sosial amillərin, xüsusən həyat tərzinin də bu məsələyə öz təsirini göstərdiyini düşünür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...